Previous Next
Bağla

Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

11-02-2025 13:48
Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır
"Baxıram ki, Qazaxıstan süni intellekt sahəsində bir az daha irəli gedərək özünün Böyük Dil Modelini (Kaz-LLM) yaradıb və açıq istifadə üçün də maraqlı tərəflərə təqdim edib. Maraqlıdır ki, Kaz-LLM Qazax, Rus və İngilis dillərində məzmun yarada bilir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, Kaz-LLM Türk dillərinə uyğunlaşdırılmış ilk böyük model hesab oluna bilər:
 
"Modelin təlimi üçün 150 milyarddan çox token toplandığını bildiriblər. Daha az resurs tələb edən mühitlər üçün də versiyaları hazırlanıb və resurslar Hugging Face platformasında yerləşdirilib".
 
Osman Gündüzün sözlərinə görə, Azərbaycanda pərakəndə formada bir neçə süni intellekt layihələri icra edilməkdədir. eSatınalma-dan da görsənir ki, ötən ildən başlayarq dövlət qurumları bu sahəyə yatırımlar edir:
 
"RİNN süni intellektin inkişafı ilə bağlı strategiyanın hazır olduğunu və hökumətə təqdim edildiyini bildirib.
 
İqtisadiyyat Nazirliyi isə daha irəli gedərək süni intellekt infrastrukturunun qurulması üçün, hamının istifadə edə biləcəyi Superkompüter Mərkəzinin qurulması üçün, NVİDİA-dan çiplərin alınması üçün 10 milyon manat investisiya ayırıb. Artıq çiplərin alındığı, Mərkəzin qurulmasına start verildiyi bildirilir.
 
Lakin bu sahədə bizdə pərakəndəlik və ləngimələr açıq-aşkar görsənir.
 
Hazırda Azərbaycanda NLP və LLM sahəsində sistemli fəaliyyət və vahid strategiya yoxdur. Dövlət qurumları müəyyən addımlar atsa da, hələ də Milli Korpus və Az-LLM modeli mövcud deyil. Sadəcə AMEA və Elm və Təhsil Nazirliyinin bəzi universitetlərində müəyyən tədqiqatlar aparılır.
 
Bəzi şirkətlər, müstəqil tədqiqatçılar və fiziki şəxslər, proqramçılar Azərbaycan dilinin işlənməsi və təbii dilin emalı üzrə müəyyən layihələr və tətbiqlər üzərində işlər görür".
 
Ekspert bildirib ki, Milli Korpus, Ana dilimizdə süni intellekt həllərinin və NLP ( təbii dilin emalı) layihələrin inkişafı üçün, mətnlərin emalı və riyazi-statistik təhlili üçün, kompüter dilçiliyinin inkişafı üçün bir nömrəli məsələdir:
 
"O zamankı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə Dilmanc layihəsi çərçivəsində müəyyən addımlar atılsa da, bu layihə çərçivəsində toplanmış datanın Nazirliyə verildiyi bildirilsə də, hamı üçün əlçatan olan resurs indiyədək də ortada yoxdur.
 
Əgər bu yoxdursa onda Az-LLM-dən danışmaq ümumiyyətlə yersizdir. Keyfiyyətli və zəngin Milli Korpus əsasında, Azərbaycan dilində mətnlər yaratmaq, suallara cavab vermək, məzmunu analiz etmək və avtomatik tərcümə və s. bu kimi funksiyaları yerinə yetirə bilən keyfiyyətli bir süni intellekt modelinin – Az-LLM-in yaradılması çox vacibdir".
 
Osman Gündüz qeyd edib ki, Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır:
 
"Düşünürəm ki, Azərbaycan dilinin qorunması və spesifikliyi baxımından, onun rəqəmsal mühitdə inkişafı, xüsusilə də təhlükəsizlik baxımından Az-LLM zəruridir.
 
Az-LLM Azərbaycanın süni intellekt sahəsində irəliləyişi üçün əsas baza olmalı və dilimizin qlobalda daha geniş istifadəsini təmin etməlidir.
 
Bunun reallaşması üçün bütün maraqlı tərəflər, dövlət qurumları, universitetlər və tədqiqatçıar, biznes bir araya gəlməlidir.
 
Bildiyim qədərilə İRİA bu yaxınlarda maraqlı tərəflərin iştirakı ilə bu istiqamətdə işlərə başlamağı hədəfləyib".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazirliyin dəstəyilə yaradılan Azərbaycan dilinin milli korpusu haradadır ?

Nazirliyin dəstəyilə yaradılan Azərbaycan dilinin milli korpusu haradadır ?

27-03-2024
Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

10-04-2025
Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

13-09-2025
Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

30-05-2025
İlk dəfə Azərbaycan dili ilə bağlı forum keçirilib, lakin köhnə problemlər müzakirə edilib

İlk dəfə Azərbaycan dili ilə bağlı forum keçirilib, lakin köhnə problemlər müzakirə edilib

04-09-2023
Süni intellekt ilə autizm diaqnozunun əsas göstəriciləri müəyyən edilib

Süni intellekt ilə autizm diaqnozunun əsas göstəriciləri müəyyən edilib

27-03-2025
“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert

“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert

20-11-2025
Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

03-11-2025
Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024
Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

05-06-2026
“Alibaba” süni intellekt modelinin yeni versiyasını təqdim edib

“Alibaba” süni intellekt modelinin yeni versiyasını təqdim edib

29-01-2025
Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

17-01-2025
Qazaxıstanda Orta Asiyanın ən güclü superkompüteri istifadəyə verilib

Qazaxıstanda Orta Asiyanın ən güclü superkompüteri istifadəyə verilib

30-07-2025
Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025
Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025
Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025
 “Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

“Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

10-03-2023
SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb

27-10-2025
Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

18-10-2024
Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

15-01-2026
Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

13-02-2024
Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

14-05-2025
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025
Dövlətə məxsus datalar nə zaman biznes üçün, universitetlər və tədqiqatlar üçün əlçatan olacaq?

Dövlətə məxsus datalar nə zaman biznes üçün, universitetlər və tədqiqatlar üçün əlçatan olacaq?

17-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə