Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media savadlılığı” konfransı çərçivəsində “Süni intellekt və media savadlılığı” mövzusunda dəyirmi masa təşkil olunub.
Xeberler.az məlumat verir ki, Agentliyin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluğu ilə keçirilən dəyirmi masada Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu, Türkiyənin Radio və Televiziya Ali Şurasının Strateji Planlaşdırma İdarəsi, Rumıniyanın Buxarest Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Audiovizual Şura, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının rəsmiləri, həmçinin sahə üzrə ekspertlər tərəfindən təhrif edilmiş məlumatların yayılmasında və qarşısının alınmasında rol oynayan texnologiyalar, süni intellektin media sferasına münasibətdə mənfi və müsbət tərəfləri, xəbərlərin doğruluğunu yoxlama potensialı, generativ süni intellekt və rəqəmsal məzmun yaradıcılarının informasiyanın istehsalına və yayımına transformativ təsiri müzakirə edilib.
Diqqətə çatdırılıb ki, texnologiyaların geniş tətbiqi informasiya mühitini mürəkkəbləşdirməklə yanaşı, dezinformasiyanın əhatə dairəsini önəmli dərəcədə genişləndirir, bu da cəmiyyətdə yanlış məlumatların artmasına səbəb olmaqla, insanların düzgün informasiya əldə etməsini çətinləşdirir. Qeyd olunan kontekstdə sözügedən məsələlərə uyğun həll yolları tapmaq üçün beynəlxalq əməkdaşlıq və effektiv tənzimləmə mexanizmlərinin yaradılmasının vacibliyi vurğulanıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri