Previous Next
Bağla

Osman Gündüz: COP29 nə ilə yadda qaldı?

25-11-2024 14:05
Osman Gündüz: COP29 nə ilə yadda qaldı?
"İndiyədək iqlim dəyişikliyilə əlaqəli konfransların heç biri belə siyasi və diplomatik gərginliklə müşahidə olunmayıb. Az qala bütün Avropanın açıq-aşkar boykot etdiyi, cəmi bir neçə Avropa ölkəsinin qatıldığı heç bir digər COP tədbiri olmayıb".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Osman Gündüz bildirib ki, bu baxımdan, COP29 başlamazdan öncə nəinki heç bir nəticə olmayacağı, hətta böyük uğursuzluq olacağı ilə bağlı iddialar səslənirdi. Bütün bunlara baxmayaraq Prezident İlham Əliyev COP29 açılışında COP-la bağlı Azərbaycana qarşı qarayaxma və boykot aparanlara qarşı daha sərt münasibət sərgilədi.
 
Ekspertin sözlərinə görə, COP29-un böyük uğurla başa çatmasını nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyini üzərinə götürən andan hər şey, bütün siyasi və diplomatik təzyiqlər nöqtəsinə qədər hesablanıb: 
 
"Digər COP-lardan fərqli olaraq, inkişaf etmiş ölkələrin "dominantlığı" deyil, məhz Prezidentin siyasi iradəsi və komandanın ağır əməyi COP29 -da ciddi dönüş və tarixi nəticələr əldə olunmasında mühüm rol oynadı".
 
Ekspert bildirib ki, bəzi COP-larda növbədən kənar iclaslar olsa da, gecə saat 4-də Qlobal Razılaşma uğrunda "vuruşma" heç birində olmayıb:
 
"Gecə saat 4-də hökumətin iki nazirinin, Muxtar Babayev və Ceyhun Bayramovun əldə olunan qlobal razılaşmanı ayaqüstə qeyd etmələri diqqət cəlb edən idi. Düşünmək olar ki, bir neçə cəhdlərdən sonra razılaşmanın son mətninin hazırlanması və ölkələrlə, nümayəndələrlə razılaşma proseduralarının yerinə yetirilməsi və nəhayət razılaşmanın əldə olunmasında XİN-nin diplomatları və ETSN komandası əsas rol oynayıb. Güman ki, bütün COP29 təşkilatçılarının və könüllülərin, xüsusilə də COP29-un Prezidenti Muxtar Babayev və XİN rəhbəri Ceyhun Bayramovun əməyi yüksək qiymətləndiriləcək.
Fikrimcə, hər iki nazirimiz artıq beynəlxalq təşkilatlarda və ya qlobal təşəbbüslərdə rəhbər vəzifələrdə fəaliyyət göstərmələri üçün də tam hazır olduqlarını göstərdilər".
 
Osman Gündüzün sözlərinə görə, gərgin siyasi və diplomatik mühitə, qlobal iqlim platformasından çıxmağı hədəfləyən Trampın president seçilməsinin proseslərə mənfi təsir göstərməsinə baxmayaraq COP29-da iqlim dəyişiklikləri ilə mübarizə üçün illik 300 milyard dollar öhdəliyinin əldə olunması və karbon kreditləri bazarının formalaşması ilə bağlı konkret razılıq indiyədək mahiyyəti üzrə 30 il davam edən müzakirələr fonunda əldə olunan ən böyük nəticələr hesab oluna bilər:
 
"Əvvəlki COP-larda bütün proseslər, beynəlxalq əməkdaşlıqlar əsasən inkişaf etmiş ölkələrin liderliyi altında qurulurdu. COP29-da diqqət cəlb edən məqam həm də inkişaf etməkdə olan ölkələrin liderliyinin önə çıxması oldu".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

COP29 Azərbaycan Əməliyyat Şirkəti “Daily Show” verilişini təqdim edir

21-08-2024

ABB COP29-un əsas bank tərəfdaşıdır!

29-10-2024

Yelena Myakotnikova: Bakı COP29-da innovativ rəqəmsal platforma təqdim edib

23-11-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

24-08-2024

BTİ Baş katibi: “Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi”

16-11-2024

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024

COP tarixində bir ilk: "Çağrı Mərkəzi" fəaliyyət göstərəcək

25-10-2024

"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib

24-08-2024

Azərbaycan COP29 iştirakçıları üçün xüsusi vizanı tətbiq edib

04-11-2024

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024

COP29-da iştirak üçün akkreditasiya portalı istifadəyə verilib

02-07-2024

COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib

21-10-2024

Ekspert: COP29-da istifadə olunan avadanlıqların taleyi necə olacaq?

28-11-2024

COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir

16-11-2024

“Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək

11-11-2024

COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu müzakirə olunub

13-11-2024

Ekspert: COP29 zamanı kiber hücumlar artacaqmı?

02-11-2024

Türkiyə COP-31-ə ev sahibliyi üçün müraciət edib

12-11-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

COP29.az vebsaytı istifadəyə verilib

03-05-2024

Vüsal Qasımlı Nyu-Yorkda nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

24-09-2024

"Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" yan tədbiri təşkil olunub

15-11-2024

İkili standartlar və siyasi riyakarlıq QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib

12-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə