Daşkənddə təşkil olunan “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Özbəkistan-Azərbaycan Media Forumunun sonuncu panel sessiyası “Kütləvi informasiya və kommunikasiyalar sahəsində Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub.
Xeberler.az Azərtac-a istinadən məlumat verir ki, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin təhlil və planlaşdırma idarəsinin müdiri Marat Aitovun moderatorluğu ilə keçirilən panel iclasında Özbəkistanın Milli Televiziya və Radio Şirkəti “Dunö Buylab” telekanalının direktoru Nodir Tulyaqanov çıxış edərək qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli formatda çox sıx əlaqələr mövcuddur. O, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə həyata keçirilən layihələri də xatırladıb.
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov media forumunun mövzusunun əhəmiyyətini qeyd edərək deyib: “Bildiyiniz kimi, minimum informasiya olan yerdə dezinformasiya geniş vüsət alır. Buna həm Azərbaycan, həm də Özbəkistan mətbuatında rast gələ bilərik. Biz gücümüzü birləşdirib bununla mübarizə aparmalıyıq”.
Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin prorektoru Nozima Murodova gənc nəslin düşünən informasiya cəmiyyətinin bir hissəsinə çevrilməsinə kömək üçün təhsil müəssisələrində tətbiq edilməli olan layihə barədə məlumat verib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) beynəlxalq münasibətlər şöbəsinin müdiri Nigar Hüseynova bildirib ki, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi və Medianın İnkişafı Agentliyi ölkələrimiz arasında media sahəsində münasibətlərin qurulmasında və inkişafında xüsusi rol oynayırlar. O, MEDİA-nın AzTV ilə birgə hazırladığı yeni MEDİALAB layihəsi haqqında danışıb. “Bu layihənin əsas məqsədi ictimaiyyətin dezinformasiyaya qarşı müqavimətinin gücləndirilməsi, eləcə də rəqəmsal media mühitində media savadlılığının artırılmasından ibarətdir”, - deyə N.Hüseynova qeyd edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri