Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzində interaktiv səsli cavablandırma (IVR) xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində bir sıra yeni elektron məlumatlandırma xidmətləri də yaradılıb.
Onların sırasına:
cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik sosial müavinətin təyin edilməsi,
pensiyanın bir növündən digər növünə keçirilmə,
əlilliyin müəyyən olunması,
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxsə qulluq edən şəxs üçün aylıq təqaüdün təyinatı ilə bağlı qanunvericiliyin izah edilməsi xidmətləri daxildir.
Xeberler.az bildirir ki, bundan əvvəl isə ünvanlı sosial yardım, uşağın anadan olmasına görə birdəfəlik müavinət, əlillik təyinatı və s. ilə bağlı müraciətlərin cari statusunun öyrənilməsi, sosial təminat növləri üzrə müraciət qaydalarına dair qanunvericiliyin izahı xidmətləri elektronlaşdırılıb.
Beləliklə, “142” Çağrı mərkəzinə müraciət edən şəxslər artıq həm iş, həm də qeyri-iş vaxtlarında operatora bağlanmadan müvafiq xidmət üzrə rəqəmi sıxaraq həmin xidmətə dair səsli menyu vasitəsilə məlumatı dinləyə bilirlər.
Məqsəd sadə müraciətlər, tez-tez verilən suallar, həmçinin birbaşa operator yardımı tələb etməyən zənglərlə bağlı cavablandırmanın elektron qaydada daha çevik həyata keçirilməsidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri