“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriIəcək.

17-01-2014 / 11:38

Azərbaycan İnternet Forumu  RİTN yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurası ilə birgə “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirəcək.

Tədbirin keçirilməsində məqsəd İnternet media qurumlarının fəaliyyətində  mövcud və yarana biləcək kibertəhlükələr və onların aradan qaldırılması yolları ətrafında müzakirələr aparmaq və müvafiq təkliflər hazırlamaqdır.
Tədbirdə qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi məsələlərinə cavabdeh dövlət qurumu olan Elektron Təhlükəsizlik Mərkəzinin informasiya təhlükəsizliyinin qorunması istiqamətində gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri haqqında məlumatlar veriləcək.

 Dəyirmi Masada ölkənin xəbər portallarına, İnternet media resurslarına virtual hücumlar və  “informasiya terroru” ətrafında, DDoS hücumların mahiyyəti  və ondan qorunmaq yolları ətrafında müzakirələr aparılacaq.
İnformasiya təhlükəsizliyi sahəsində ekspertlərin iştirakı ilə keçiriləcək tədbirdə İnternet Medianın informasiya təhlükəsizliyinin qorunması  üçün zəruri olan tədbirlər haqqında tövsiyələr səsləndiriləcək.

Tədbirdə xəbər portallarının redaktorları və təhlükəsizliklə bağlı məsul şəxslərinin iştirakı nəzərdə tutulub.

Tədbirin növbəti ayın əvvəli keçirilməsi planlaşdırılıb.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə