“Rəqəmsal dövrdə gənclər və media savadlılığı” adlı panel sessiya keçirilib

18-12-2024 / 08:42

“Media savadlılığı” konfransı çərçivəsində “Rəqəmsal dövrdə gənclər və media savadlılığı” adlı panel sessiya təşkil edilib.

Xeberler.az bildirir ki, bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin müdiri Ləman İsgəndərovanın moderatorluğu ilə keçirilən panel sessiyada Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Vüqar Əliyev, Prezident mükafatçısı, “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva, Azərbaycan Televiziyasının İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi, mətbuat katibi Rüfət Seyidov spiker qismində fikirlərini bölüşüblər.

Qeyd olunub ki, qlobal informasiya mühitinin dinamik və əlçatan xarakteri bir çox həssas istifadəçi qruplarını, o cümlədən uşaq, yeniyetmə və gəncləri medianın mənfi təsirlərinin birbaşa hədəfi halına gətirir, ona görə də, beynəlxalq təcrübədə bu sahədə görülən işlər ilkin olaraq həmin kateqoriya şəxslər üçün maarifləndirmə və tədris proqramlarının icrası istiqamətində həyata keçirilir.

Panelin sonunda “Media savadlılığı” mövzusunda keçirilən onlayn testin qalibləri mükafatlandırılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə