SOCAR-ın Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə “Süni intellektin iş və enerjinin gələcəyinə təsiri” mövzusunda konfrans keçirilib.
Xeberler.az bildirir ki, konfransın açılış mərasimində BANM-ın rektoru Elmar Qasımov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov və ATGTİ-nin sədri Rəşad Zeynalov çıxış ediblər. Bu cür təşəbbüslərin tələbələrin perspektivini genişləndirmək baxımından olduqca vacib olduğunu vurğulayıblar.
bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov və ADA Universitetinin dosenti, süni intellekt üzrə ekspert Samir Rüstəmov spiker qismində iştirak ediblər.
Konfransda süni intellektin məşğulluğa təsiri, rəqəmsal bacarıqların rolu, enerji sahəsində avtomatlaşdırma və tələbələrin gələcək karyeraya hazırlığı müzakirə olunub.
Spikerlər süni intellektin iş imkanlarına təsiri, energetika sahəsində texnoloji yeniliklər və karyera planlamasında innovasiyanın rolu ilə bağlı sualları cavablandırıblar.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə təşkil olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları