Previous Next
Bağla

Nar-dan yeni mobil tətbiq

17-10-2017 11:19
Nar-dan yeni mobil tətbiq

“TaxFree4U” əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması onlayn xidmətinin bazası əsasında Nar operatoru ƏDV-nin qaytarılması prosesini sadələşdirəcək “Nar TaxFree” mobil tətbiqini təqdim edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu yenilik sayəsində Nar istifadəçiləri ölkə xaricində alış-verişə sərf etdikləri məbləğin 19%-dək olan hissəsini geri ala bilirlər.

“Nar TaxFree” xidməti Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və Böyük Britaniya kimi Avropa ölkələrində xərclənmiş məbləğin ƏDV hissəsinin geri qaytarılmasını təmin edir. Eyni zamanda, “TaxFree” anketinə gömrük zabitinin müvafiq möhürünü vurdurmaq və alınmış mallarla istənilən Avropa İttifaqı ölkəsini tərk etmək mümkündür.       

“Nar TaxFree” tətbiqi sayəsində Nar abunəçiləri səyahətdə olarkən vaxtlarına qənaət edə bilirlər. Artıq bəyannamə doldurmaq və bir neçə yerdə növbəyə durmağa ehtiyac yoxdur. Üstəlik, xidmət qısa zaman ərzində mümkün olan ən yüksəkfaizli ƏDV qaytarılması praktikasını təmin edir.

“Nar TaxFree” tətbiqinin ən böyük üstünlüyü isə sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin əlavə dəyər vergisi hissəsinin geri qaytarılmasını təmin etməsidir.   

Tətbiqdən yararlanmaq üçün “6592” qısa nömrəsinə SMS göndərərək yükləmə keçidini əldə etmək kifayətdir.

Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil tətbiqdən Avropa İttifaqı ölkələri vətəndaşı olmayan bütün Nar istifadəçiləri istifadə edə bilərlər. “Nar TaxFree” tətbiqi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

Xeberler.az

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell yeni mobil tətbiq istifadəyə verib

23-10-2017

Bakcell-dən Novruza özəl yenilik

19-03-2018

Nar rominqdə 4G xidmətinin əhatəsini genişləndirir

27-10-2016

“Nar+” tətbiqi ilə müştəri xidməti cibinizdə

26-12-2020

Nar+ tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb

29-01-2020

Nar rominqdə olan abunəçilərinə 4G xidməti təklif edir

19-07-2016

Nar Smart balans kampaniyasına start verib

22-06-2018

ƏDV-ni “Kabinetim”də topla!

17-02-2022

Nar metroda LTE xidmətini təqdim edib

07-02-2018

Nar Cocuq Mərcanlıda şəbəkəsini gücləndirir

16-05-2017

Nar yeni kampaniyaya başlayıb

11-11-2015

Tax Free ilə bağlı internet saytı istifadəyə verildi

06-10-2016

Nar-dan Yeni il ilə əlaqədar xüsusi kampaniya

25-12-2018

Nar abunəçilərinə Nar bayramında iştirak şansı verir

31-10-2018

Nar Mobile növbəti beynəlxalq rominq sazişlərini imzalayıb

11-11-2009

“Nar Wi-Fi” ilə sən harada, internet orada

31-07-2021

“Nar+” tətbiqinin yüklənmə sayı yarım milyonu ötdü

26-05-2021

Nar abunəçiləri həftə sonlarında pulsuz danışır

18-05-2018

Hesab.az-dan Nar abunəçilərinə şad xəbər

10-06-2015

Nar-dan Rominq xidmətinə endirim

16-12-2015

Nar-dan yeni sərfəli kampaniyalar

24-08-2017

Nar yenilənmiş “Ailəm” paketini təqdim etdi

18-08-2016

“Nar”dan abunəçiləri üçün əla təkliflər!

14-10-2021

Nar sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir

19-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə