Previous Next
Bağla

TDT yanında rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılması təklif edilib

15-05-2026 15:25
 TDT yanında rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılması təklif edilib

Türk Dövlətləri Təşkilatı çərçivəsində rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılması təklif olunur.

Xeberler.az məlumat verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

“Bu gün bütün dünya misli görünməmiş dəyişikliklər yaşayır. Yeni imkanlar və yeni çağırışlar meydana çıxır. Dünyada texnoloji rəqabət daha da güclənib. İnnovasiya sahəsində üstün olan dövlətlər ön sıralara çıxır. Texnoloji inkişaf artıq dövlətlərin təhlükəsizlik və sabitlik faktoruna çevrilib. Rəqəmsal transformasiya prosesindən geri qalan ölkələr gələcəkdə rəqabət qabiliyyətini itirə bilər. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin texnoloji yeniliklərdən geri qalmaması üçün birlikdə fəaliyyət göstərməsi vacibdir. Süni intellekt və rəqəmsallaşma prosesi türk dünyasının inkişafına yeni imkanlar açır. Qazaxıstan rəqəmsal dövlət qurmağı əsas strateji məqsədlərindən biri hesab edir. Bu məqsədlə cari il Qazaxıstanda “Rəqəmsallaşma və süni intellekt ili” elan olunub. Astanada beynəlxalq süni intellekt mərkəzi açılıb. Həmçinin ölkədə yeni superkompüterlər istifadəyə verilib. Növbəti mərhələdə məlumat emalı mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu isə region ölkələrinə aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq etmək və sərmayə cəlb etmək üçün geniş imkanlar yaradır. Biz Qazaxıstanı regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevirmək üçün ardıcıl tədbirlər həyata keçiririk. Xarici investorlar və yüksək ixtisaslı mütəxəssislər üçün “qızıl viza” sistemi tətbiq olunub. Belə viza alan şəxslər dövlət və maliyyə xidmətlərindən Qazaxıstan vətəndaşları ilə bərabər istifadə edə bilirlər. Bununla yanaşı, ölkəmizdə rəqəmsal texnologiyalar və süni intellekt sahəsində yeni layihələr həyata keçirilir. Təhsil sahəsində rəqəmsal infrastrukturun inkişafı, qabaqcıl texnologiyalar üzrə mütəxəssislərin hazırlanması və təhsil sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Həmçinin vətəndaşların şəxsi məlumatlarının qorunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə yaxın vaxtlarda süni intellektin etik istifadəsi ilə bağlı yeni qanun qəbul olunub. Bu da Qazaxıstanın gələcəyi üçün mühüm addımlardan biridir.

Gələcəkdə ölkənin rəqəmsal inkişaf istiqamətlərini müəyyən edən “Rəqəmsal Qazaxtan strategiyası davam etdiriləcək. Yaxın vaxtlarda Almatıda dayanıqlı inkişaf üçün rəqəmsal həllər mərkəzi fəaliyyətə başlayıb. Bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının regional proqramları çərçivəsində dəstəklənir. Bu layihələrin həyata keçirilməsinə verdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirirəm.

Bundan əlavə, mart ayında Türk Dövlətləri Təşkilatının ekspertlərinin iştirakı ilə Şımkent şəhərində süni intellekt və rəqəmsal inkişaf üzrə beynəlxalq konfrans keçirildi. Bu tədbir ölkələrimiz arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bir daha göstərdi. Mən hesab edirəm ki, gələcəkdə rəqəmsal təhlükəsizlik və kibertəhlükəsizlik məsələlərinə dair yeni təşəbbüslər irəli sürülməlidir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılması təklif olunur. Bu mərkəzlər üzv dövlətlərə rəqəmsal sahədə yeni imkanlar yaradacaq. Eyni zamanda kibertəhlükəsizlik üzrə ortaq şuranın yaradılması da vacibdir. Belə bir qurum ölkələrimizin rəqəmsal sahədə qarşılaşdığı riskləri müəyyənləşdirməyə və birgə müdafiə mexanizmləri formalaşdırmağa imkan verəcək. Qazaxıstan bu təşəbbüslərlə bağlı müvafiq təklifləri təşkilata üzv dövlətlərə təqdim edib. Bu təşəbbüslərin hamısı ortaq maraqlarımıza xidmət edir. Buna görə də gələcəkdə bu istiqamətdə daha sıx əməkdaşlıq etməliyik. Hörmətli dövlət başçıları, mən daha bir neçə təklif irəli sürmək istəyirəm. Birincisi, ticarət və iqtisadiyyat sahəsində üzv ölkələr arasında elektron sənədlərin və rəqəmsal imzanın qarşılıqlı tanınması istiqamətində birgə fəaliyyət gücləndirilməlidir.

İkinci məsələ kosmik sənaye sahəsi ilə bağlıdır. Bu sahə türk dövlətlərinin rəqabət qabiliyyətini artıran əsas amillərdən biridir. Bu istiqamətin inkişafı üçün ölkələrimizin elmi, texnoloji və insan potensialı kifayət qədərdir. Xüsusilə peyk rabitəsi, naviqasiya və monitorinq sahəsində birgə layihələrin həyata keçirilməsi əməkdaşlığımızı daha da gücləndirə bilər. Bununla texnoloji tərəfdaşlığımız möhkəmlənəcək və innovasiya potensialımız artacaq.”, - deyə dövlət başçısı qeyd edib. (APA)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılacaq

24-10-2025

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025

Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi imzalanıb

06-11-2024

Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb

18-09-2025

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026

TDT-yə üzv ölkələrin kosmik sahədə birgə fəaliyyəti üçün hüquqi baza yaradılır

23-04-2025

Qazaxıstanda Orta Asiyanın ən güclü superkompüteri istifadəyə verilib

30-07-2025

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025

Aİ süni intellekt sahəsinə 1,3 milyard avro investisiya yatıracaq

31-03-2025

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024

Azərbaycan TDT ölkələrinə texnologiya transferi mərkəzləri yaratmağı təklif edib

26-10-2024

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026

Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı keçirilir

28-10-2025

Fatih Özer: "Azərbaycan regionda rəqəmsal transformasiyanın aparıcı gücü kimi seçilir"

28-10-2025

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

Qazaxıstanda Milli Süni İntellekt Mərkəzi yaradılacaq

02-09-2024

Azərbaycan və Qazaxıstan İKT sahəsində əməkdaşlığı müzakirə edib

21-10-2025

Nazir müavini: Rəqəmsal transformasiya milli prioritetdir

01-09-2025

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

Rəşad Xalıqov: "Əhalinin 25 faizi minimal rəqəmsal biliklərə malikdir"

28-04-2025

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025

ABŞ-in İT və rəqəmsal transformasiya şirkəti Azərbaycana gəlir

12-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə