Previous Next
Bağla

Təhsil avtobusu – Nəsimi yay məktəbi reallaşıb

31-07-2019 15:42
Təhsil avtobusu – Nəsimi yay məktəbi reallaşıb

Xeberler.az bildirir ki, Azərbaycanın İlk Mobil Operatoruolan Bakcell şirkəti Azərbaycan üçün öyrət təhsil proqramı çərçivəsində təşkil olunan Təhsil avtobusu – Nəsimi yay məktəbinin keçirilməsinə dəstək göstərib. “Nəsimi ili”nə həsr olunan Təhsil avtobusu – Nəsimi yay məktəbinin əsas məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığını tanıtmaqdır. İyulun 23-dən 29-dək davam edən “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Bakı- Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib.

Yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan 200-ə yaxın şagirdi hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edib. “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi və digər şirkət və təşkilatların tərəfdaşlığı ilə həyata keçirilib. Bakcell şirkəti ənənəvi olaraq layihə ərzində iki min kilometrdən çox məsafə qət etmiş “təhsil avtobusu”nda yüksək sürətli internet bağlantısını da təmin edilib.

Uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayan Bakcell şirkətinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Xatırladaq ki, ilin əvvəlində Təhsil Nazirliyi, Bakcell və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlığın məqsədi ucqar kəndlərdə yerləşən 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kartla təmin edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell Təhsil Avtobusu-2018 Yay Məktəbinə dəstək göstərir

Bakcell Təhsil Avtobusu-2018 Yay Məktəbinə dəstək göstərir

20-07-2018
Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

15-10-2018
Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017
“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

06-11-2020
Təhsil Nazirliyi, Bakcell və AzEduNet arasında əməkdaşlıq protokolu imzalanıb

Təhsil Nazirliyi, Bakcell və AzEduNet arasında əməkdaşlıq protokolu imzalanıb

06-03-2019
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

25-07-2025
Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018
“Rəqəmsal Yay Məktəbi” uğurla yekunlaşıb

“Rəqəmsal Yay Məktəbi” uğurla yekunlaşıb

28-07-2025
Londonda "YAŞAT" yay məktəbi davam edir

Londonda "YAŞAT" yay məktəbi davam edir

28-07-2025
Rayon məktəblərinə sürətli internet çəkilir

Rayon məktəblərinə sürətli internet çəkilir

19-08-2015
Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə  imzalanıb

Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

27-11-2020
Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə  imzalanıb

Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

27-11-2020
Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

08-11-2025
Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

06-06-2018
Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

14-10-2016
Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

17-12-2018
Bakcell xəyalları gerçəkləşdirməyə davam edir

Bakcell xəyalları gerçəkləşdirməyə davam edir

14-09-2018
Bakcell AmCham təşkilatının mükafatını aldı

Bakcell AmCham təşkilatının mükafatını aldı

15-12-2015
Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

25-08-2016
 “Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022
Yay məktəbinin tələbələri Azərkosmos-da olub

Yay məktəbinin tələbələri Azərkosmos-da olub

04-06-2015
Bakcell növbəti karyera sərgisinə qatılıb

Bakcell növbəti karyera sərgisinə qatılıb

22-05-2018
TOPs proqramı çərçivəsində yeni layihənin təqdimatı keçirilib

TOPs proqramı çərçivəsində yeni layihənin təqdimatı keçirilib

15-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə