Previous Next
Bağla

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

04-09-2019 16:37
Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

Xeberler.az-ın məlumatına görə, Təhsil Nazirliyi bildirib ki, Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. 

Təhsil nazirinin müavini, Seçki Komissiyasının sədri Firudin Qurbanov nazirlik yanında İctimai Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini İctimai Şuranın təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacağını deyib.

Firudin Qurbanov qurumun təhsilin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib və hər bir namizədə uğurlar arzulayıb.

Təhsil nazirinin müşaviri, Seçki Komissiyasının üzvü Elnur Məmmədov da öz növbəsində İctimai Şuranın yaradılması istiqamətində nazirlik tərəfindən indiyədək görülən işlərdən, İctimai Şuranın fəaliyyət növlərindən danışıb. Nazir müşaviri İctimai Şuranın Təhsil Nazirliyinin fəaliyyətinin daha səmərəli şəkildə həyata keçirilməsinə töhfə verəcəyinə inandığını deyib.

Daha sonra səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən, İlqar Orucov, Şahlar Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Anar Vəliyev, Mirzə Cəfərzadə, Asif Cahangirov, Mais Əliyev və Hikmət Əlizadə İctimai Şuraya üzv seçiliblər.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.

İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Komissiyaya Təhsil Nazirliyinin 4 və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsi daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
NRYTN yanında İctimai Şuraya seçkilər keçirilib

NRYTN yanında İctimai Şuraya seçkilər keçirilib

13-06-2021
Ekspert: Təhsil Nazirliyinin İctimai Şurası təhsilin inkişafına töhfə verəcək

Ekspert: Təhsil Nazirliyinin İctimai Şurası təhsilin inkişafına töhfə verəcək

00-00-0000
NRYTN yanında İctimai Şuraya seçilmiş üzvlərlə nazir Rəşad Nəbiyevin görüşü keçirilib

NRYTN yanında İctimai Şuraya seçilmiş üzvlərlə nazir Rəşad Nəbiyevin görüşü keçirilib

05-07-2021
NRYTN yanında İctimai Şuraya seçkilərin II turu keçirilib

NRYTN yanında İctimai Şuraya seçkilərin II turu keçirilib

17-06-2021
NRYTN yanında  İctimai Şuranın iclası keçirilib

NRYTN yanında İctimai Şuranın iclası keçirilib

15-07-2021
Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası yaradılmışdır

Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası yaradılmışdır

10-02-2010
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvlüyünə seçkilər  keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvlüyünə seçkilər keçirilib

21-10-2024
AzTU və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə seminar keçirilib

AzTU və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə seminar keçirilib

18-02-2021
Rəşad Nəbiyev RİNN yanında İctimai Şuranın üzvləri ilə görüşüb

Rəşad Nəbiyev RİNN yanında İctimai Şuranın üzvləri ilə görüşüb

30-01-2026
RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

17-03-2025
İctimai Şura üzvləri  Dövlət Agentliyinin sədri ilə görüşüb

İctimai Şura üzvləri Dövlət Agentliyinin sədri ilə görüşüb

13-07-2018
QHT Şurası və İctimai Televiziya birgə layihəyə start verir

QHT Şurası və İctimai Televiziya birgə layihəyə start verir

22-09-2009
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

24-05-2018
Təhsil Nazirliyinin İnternetdən istifadə məsələləri üzrə Şurası yaradılıb

Təhsil Nazirliyinin İnternetdən istifadə məsələləri üzrə Şurası yaradılıb

15-09-2009
İctimai Şuranın facebook səhifəsi yaradılıb

İctimai Şuranın facebook səhifəsi yaradılıb

11-03-2013
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib

10-04-2017
Nə üçün dövlət qurumları elektron arayışları tanımır?

Nə üçün dövlət qurumları elektron arayışları tanımır?

02-06-2015
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı baş tutacaq

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı baş tutacaq

09-09-2019
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

25-06-2016
Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009
Azərbaycanda internetlə bağlı problemlər və həllİ yolları müzakirə edilib

Azərbaycanda internetlə bağlı problemlər və həllİ yolları müzakirə edilib

20-09-2021
Gömrüklə bağlı sahibkarların qarşılaşdığı problemlər müzakirə edilib

Gömrüklə bağlı sahibkarların qarşılaşdığı problemlər müzakirə edilib

20-12-2022
TOPs proqramı çərçivəsində yeni layihənin təqdimatı keçirilib

TOPs proqramı çərçivəsində yeni layihənin təqdimatı keçirilib

15-10-2015
Təhsil Nazirliyi filtrasiya üsullarını nəzərdən keçirir

Təhsil Nazirliyi filtrasiya üsullarını nəzərdən keçirir

17-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə