“Tələbələr üçün ArcGIS” layihəsi çərçivəsində təlimlər sessiyası başa çatıb

03-03-2025 / 16:39

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Esri” ilə birgə həyata keçirilən “Tələbələr üçün ArcGIS” proqramı çərçivəsində “Azərkosmos”un CİS ekspertləri tərəfindən real iş proseslərinə dair praktiki bacarıqlarla bağlı xüsusi təlimlər sessiyası başa çatıb.

Xeberler.az məlumat verir ki, bağlanış mərasimində Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov, “Azərkosmos”un İdarə Heyəti sədrinin kosmik hüquq məsələləri üzrə müşaviri İlqar Abdullayev çıxış ediblər.

Tədbirdə 4SİM-in sənaye 4.0 sahəsində insan kapitalının inkişafı ilə bağlı həyata keçirdiyi fəaliyyətlər qeyd edilib.

Vurğulanıb ki, layihə tələbələrə real biliklər qazandırır. CİS sahəsində ölkəmizdə və dünyada peşəkar kadrlara tələbatın artması gənclər üçün yeni fürsətlər açır.

Azərbaycan Texniki Universitetində keçirilən təlimlərdə bu ali məktəblə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak ediblər. Təlimlərdə tələbələr məkan məlumatları ilə iş, “ArcGİS Pro” tətbiqindən praktik istifadə və CİS texnologiyalarının tətbiqi ilə bağlı bilik və bacarıqlara yiyələniblər.

Sonda təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə