Xeberler.az "Forbes"ə istinadla xəbər verir ki, artıq bu sosial şəbəkədə qrup rəhbərləri "Yavaş rejim" funksiyası vasitəsilə müzakirə iştirakçılarının hansı zaman intervalında rəy yaza biləcəklərini təyin edə bilirlər. Bu, 30 saniyə də ola bilər, bir neçə dəqiqə də. Sözügedən funksiya müzakirələrin daha keyfiyyətli təşkili və hər bir istifadəçi rəyinin əhəmiyyətini qoruması, diqqətdən kənarda qalmaması üçün yaradılıb. Eyni zamanda, mesencerdə səssiz mesaj göndərmək mümkündür. Bu, hər bir istifadəçiyə mesaj yollayan zaman seçim etmək imkanı verir. "Telegram" rəhbərliyi günün istənilən saatında, xüsusilə gecə radələrində istifadəçilərin yatarkən telefonlarını səssiz rejimə keçirməyi unuda biləcəyini nəzərə alaraq bu funksiyanı işə salıb. Bundan əlavə, artıq "Telegram"da qrup administratorları vəzifə bölgüsü apara bilərlər. İstifadəyə verilən "Vəzifələr" funksiya buna imkan verir. Qrup rəhbərləri onlara təklif olunan variantlar əsasında təsisçi, maliyyə direktoru və ya spam döyüşçüsü öhdəliklərini öz üzərlərinə götürə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri