Previous Next
Bağla

Telejurnalist telekanalı məhkəmədə uddu

03-12-2010 21:50
Telejurnalist telekanalı məhkəmədə uddu

Bu gün Ali Məhkəmənin Mülki İşlər üzrə Kollegiyasında hakim Əli Rüstəmovun sədrliyi ilə telejurnalist İlhamiyyə Rzayevanın Space Tv-yə qarşı iddiası ilə bağlı kassasiya şikayətinə baxılıb. Advocate.com.az saytında verilən məlumata görə, məhkəmədə İlhamiyyə Rzayevanı vəkil Anar Qasımov və nümayəndəsi Nurlana Əliyeva təmsil edib. Space-in  nümayəndəsi gəlmədiyi üçün məhkəmə iddianı qarşı tərəfin iştirakı olmadan araşdırmalı olub. Əli Rüstəmov, Ələsgər Əliyev və Tatyana Qoldmandan ibarət məhkəmə tərkibi müşavirədən qayıtdıqdan sonra qərarı elan edib və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək işin təkrar apellyasiya baxışına qaytarılması haqqında qərar çıxarıb.

Qeyd edək ki, İlhamiyyə Rzayeva ilə Space Tv arasında məhkəmə çəkişməsi uzun müddətdir ki, davam edir. İ.Rzayeva 2002-ci  ilin sentyabr ayından “Space” Müstəqil Teleradio Şirkətinin “Gecə kanalı” Departamentində işə qəbul olunub. O, “Gecə kanalı” Departamentinin baş redaktoru vəzifəsinə təyin olunub. 2006-cı ilin mayında ərizə yazaraq, öz xahişinə əsasən, işdən azad olunub. İşdən azad olunduğu vaxt telejurnalistlə son haqq-hesab aparılmayıb, işdən azad olunmağı barədə əmrin surəti və əmək kitabçası ona təqdim edilməyib. O, müxtəlif vaxtlarda əmək kitabçasının təqdim edilməsinə dair “Space” Müstəqil Teleradio Şirkətinin Hüquq Şöbəsinə və Kadrlar Şöbəsinə müraciət etsə də, əmək kitabçası heç bir əsas gətirilmədən ona təqdim edilməyib.  Lakin  əmək kitabçası onun işdən azad olunmasından üç il sonra etibarnamə üzrə nümayəndəsi Əlövsət Əliyevə verilib. Əmək kitabçasını vərəqləyəndə isə aydın olub ki,  “Space” Müstəqil Teleradio Şirkətində işlədiyi müddət barədə əmək kitabçasında heç bir qeyd aparılmayıb və İ.Rzayeva hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etməyə məcbur olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bəzi saytlara qoyulan blok ləğv edilib

Bəzi saytlara qoyulan blok ləğv edilib

27-09-2019
Bəzi saytların bloklanması ilə bağlı qərar qüvvədə qalıb

Bəzi saytların bloklanması ilə bağlı qərar qüvvədə qalıb

04-06-2018
Space-in yerində Mədəniyyət kanalı

Space-in yerində Mədəniyyət kanalı

08-02-2011
ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

11-10-2016
Blogger Adnan Hacızadə azadlığa buraxıldı

Blogger Adnan Hacızadə azadlığa buraxıldı

18-11-2010
“Yeni Müsavat”la ANS arasında məhkəmə çəkişməsi davam edir

“Yeni Müsavat”la ANS arasında məhkəmə çəkişməsi davam edir

24-09-2009
Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016
Televiziya kanalları təbliğat-təşviqat kampaniyasından imtina etdilər

Televiziya kanalları təbliğat-təşviqat kampaniyasından imtina etdilər

07-10-2010
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

07-02-2025
“Gündəlik Bakı” qəzetinə qarşı məhkəmə prosesi keçirilib

“Gündəlik Bakı” qəzetinə qarşı məhkəmə prosesi keçirilib

26-09-2009
“Space” televiziyasında rəhbər dəyişikliyi olub

“Space” televiziyasında rəhbər dəyişikliyi olub

07-02-2023
Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016
“Gündəlik Bakı” qəzeti appellyasiya məhkəməsində qalib gəlib

“Gündəlik Bakı” qəzeti appellyasiya məhkəməsində qalib gəlib

10-10-2009
Daha bir şöbə müdiri vəzifəsindən azad edildi

Daha bir şöbə müdiri vəzifəsindən azad edildi

16-07-2019
ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub

19-09-2016
MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016
Vidadi Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə olub

Vidadi Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə olub

03-10-2017
Çində işçinin süni intellektə görə işdən çıxarılması qadağan edilib

Çində işçinin süni intellektə görə işdən çıxarılması qadağan edilib

05-05-2026
ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

10-08-2016
ANS-“Yeni Müsavat” məhkəməsində barışıq təklifi

ANS-“Yeni Müsavat” məhkəməsində barışıq təklifi

29-09-2009
Azərpoçt-da vəzifəli şəxs istefa verib

Azərpoçt-da vəzifəli şəxs istefa verib

30-08-2017
“Gündəlik Bakı” qəzetinə qarşı məhkəmə prosesi keçirilib

“Gündəlik Bakı” qəzetinə qarşı məhkəmə prosesi keçirilib

21-10-2009
İTV-yə qarşı verilən apellyasiya şikayəti təmin olunmayıb

İTV-yə qarşı verilən apellyasiya şikayəti təmin olunmayıb

28-05-2009
Məhkəmə "Lider" TV-nin iflas elan olunmasına dair iddianı təmin edib

Məhkəmə "Lider" TV-nin iflas elan olunmasına dair iddianı təmin edib

16-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə