Previous Next
Bağla

Telekom Bakı beynəlxalq voleybol turnirində 2-ci olub-Foto

04-10-2016 15:49
Telekom Bakı  beynəlxalq voleybol turnirində 2-ci olub-Foto

Türkiyənin ən nüfuzlu turnirlərindən hesab olunan 5-ci Bogaziçi Beynəlxalq Voleybol Turnirində ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə  Telekom Bakı  komandası təmsil edib.

RYTN-dən Xeberler.az-a verilən məlumata görə, İstanbulun Bahçeköy İdman Salonunda keçirilmiş 5-ci Bogaziçi Beynəlxalq Voleybol Turnirində Beşiktaş JK, Çanakkala, Əczaçıbaşı SK,  Halkbank, Sarıyer Bələdiyyəsi İdman klubları öz güclərini sınayıblar.

A qrupunda  Telekom Bakı ilk oyununda meydan sahibləri Sarıyer Bələdiyyəsi İdman Klubu ilə qarşılaşıb. Gərgin keçən oyunda komandamız 3:1 hesabı ilə qalib gəlib. Növbəti oyunda da Beşiktaş JK ilə oyunu yaxşı keçirən Telekom Bakı 3:0 hesabı ilə qalib gələrək qrup birincisi olub.

B qrupunda isə qalib dünya ulduzlarından təşkil olunmuş Əczaçıbaşı SK olub. Əczaçıbaşı SK Çanakkala və Halkbank komandaları üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Telekom Bakı komandasının yarımfinalda rəqibi B qrupunun ikincisi olan Çanakkala olub. Baş məşqçi Zoran Qayiçin yetirmələri bu oyunda da yüksək peşəkarlıq göstərərək 3:0 hesabı ilə oyunu qalib başa vurublar. Digər yarımfinal oyununda Əczaçıbaşı SK Beşiktaş JK üzərində 3:2 qələbə qazanıb. 

Çanakkala turnirin 3-cü yer uğrunda keçirilən oyununda Beşiktaş JK üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanaraq turnirin 3-cüsü olub.

5-ci Bogaziçi Beynəlxalq Voleybol Turnirinin final oyununda Əczaçıbaşı SK və Telekom Bakı üz-üzə gəlib. Heyəti əsasən gənc oyunçulardan qurulan Telekom Bakı dünya yığması hesab edilən Eczacıbaşı SK komandasına uduzub. Oyunu 3:0 hesabı ilə xeyrinə bitirən Əczaçıbaşı SK turnirin qalibi olub.

Beləliklə, Telekom Bakı komandası 5-ci Bogaziçi Beynəlxalq Voleybol Turnirində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Komandamız bu turnirdə Yelizaveta Səmədova, Ülkər Kərimova, Olena Həsənova, Yana Əzimova, Marqarita Əzizova, Anastasiya Baidiuk, Anastasiya Bezsonova, Aleksandra Petroviç, Mariya Filipova, Jovana Vesoviç, Ksenija İvanoviç, Sladjana Mirkoviç, Gabriela Koevanın təmsil olunduğu heyətlə çıxış edib.

 

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Telekom Super Liqanın II turunda da qələbə qazanıb

Telekom Super Liqanın II turunda da qələbə qazanıb

14-11-2016
Telekom Azərbaycan Super Liqasında liderliyini qoruyub

Telekom Azərbaycan Super Liqasında liderliyini qoruyub

21-11-2016
Azercell-in Futbol Turnirinin qalibi-Foto

Azercell-in Futbol Turnirinin qalibi-Foto

12-10-2017
Rabitə işçilərinin Respublika Spartakiadasında kəndirdartma üzrə yarışın qalibi məlum olub

Rabitə işçilərinin Respublika Spartakiadasında kəndirdartma üzrə yarışın qalibi məlum olub

24-01-2019
ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıdıb

ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıdıb

20-04-2026
Bakcell ənənəvi futzal turnirinə dəstək oldu

Bakcell ənənəvi futzal turnirinə dəstək oldu

17-05-2019
Uşaq paralimpiyaçılarımız qələbə ilə döndü

Uşaq paralimpiyaçılarımız qələbə ilə döndü

11-09-2017
Nə? Harada? Nə zaman? intellektual turnirinin qalibləri müəyyənləşib

Nə? Harada? Nə zaman? intellektual turnirinin qalibləri müəyyənləşib

10-09-2019
“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır

“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır

26-12-2023
IV Uşaq Paralimpiya oyunları keçirilib

IV Uşaq Paralimpiya oyunları keçirilib

15-11-2018
Məktəblilərimiz İnformatika üzrə payız turnirində uğurla çıxış ediblər

Məktəblilərimiz İnformatika üzrə payız turnirində uğurla çıxış ediblər

02-12-2022
Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022
Rabitəçilərin yarışı başlayıb- Fotolar

Rabitəçilərin yarışı başlayıb- Fotolar

24-09-2016
Bakcell beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib

Bakcell beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib

17-04-2019
Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

19-08-2024
“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq

“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq

05-04-2024
Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

28-12-2021
Rabitəçilər arasında keçirilən atletika yarışının qalibləri məlum olub

Rabitəçilər arasında keçirilən atletika yarışının qalibləri məlum olub

06-10-2016
Baku Open Cyber Cup turniri keçirildi

Baku Open Cyber Cup turniri keçirildi

29-10-2018
Nar Avropa çempionatının rəsmi tərəfdaşı seçildi

Nar Avropa çempionatının rəsmi tərəfdaşı seçildi

31-08-2017
Spartakiadada şahmat yarışına yekun vurulub

Spartakiadada şahmat yarışına yekun vurulub

07-02-2019
Azercell-in prezidenti marafonda yürüş edib

Azercell-in prezidenti marafonda yürüş edib

14-05-2018
Yelo Bank əməkdaşları arasında futbol turniri keçirildi   

Yelo Bank əməkdaşları arasında futbol turniri keçirildi  

02-08-2022
Mark Zukerberq ciu-citsu üzrə ilk turnirində qızıl və gümüş medal qazanıb

Mark Zukerberq ciu-citsu üzrə ilk turnirində qızıl və gümüş medal qazanıb

08-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə