Previous Next
Bağla

Nə? Harada? Nə zaman? intellektual turnirinin qalibləri müəyyənləşib

10-09-2019 10:50
Nə? Harada? Nə zaman? intellektual turnirinin qalibləri müəyyənləşib

Xeberler.az bildirir ki, ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş turnirdə 50-yə yaxın komanda iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ
Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turniri baş tutub.

Turnirin açılışında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin müavini Anar Əliyev DOST layihəsinin ölkəmizdə həyata keçirilən sosial islahatların uğurlu nəticələrindən biri kimi, dövlət sosial xidmətləri sahəsində innovativ bir yenilik olduğunu vurğulayıb. Nazir müavini bu turnirin də DOST Kuboku adlandırılmasının simvolik məna daşıdığını deyib.

Çıxışının sonunda o, iştirakçılara uğurlar arzu edib. Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev və Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev də DOST Agentliyinin fəaliyyətinin əhəmiyyətindən bəhs edib, iştirakçı komandalara uğurlar arzulayıblar.

DOST Agentliyinin təşkilatçısı olduğu bu turnirin keçirilməsi barədə qərar 14 avqust 2019-cu il tarixində DOST Agentliyinin və ilk DOST Mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr edilmiş xüsusi toplantıda verilib. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST Agentliyinin rəhbər işçilərindən ibarət təşkilat komitəsi yaradılıb.

“DOST kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” turnirində müxtəlif dövlət qurumları, banklar, KİV-lər, QHT-lər, könüllü təşkilatlarının nümayəndələrindən, həmçinin pensiyaçılar və əlilliyi olan şəxslərdən ibarət olan, hər birində 6 nəfər olmaqla ümumilikdə 50- yə yaxın komanda iştirak edib. Turnirin məqsədi könüllü hərəkatına dəstək, əməkdaşların və könüllü fəaliyyətə cəlb edilən şəxslərin intellektual bacarıqlarının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkili, pensiyaçıların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası olub.

3 turdan ibarət olan turnirdə hər sual üçün 1 dəqiqə vaxt verilib. Turnirdə İqtisadiyyat Nazirliyinin komandası bütün turlarda ən yaxşı nəticə göstərərək qalib olub. İkinci mükafatın sahibi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının komandası olub. Dövlət Miqrasiya Xidməti Könüllüləri komandası isə üçüncü nəticəni göstərib.

Pensiyaçılar arasında “Çinar” komandası 1-ci, “Qəzəl” komandası 2-ci, “İrs” komandası isə 3-cü olub. Gənclərdən ibarət olan komandalar arasında qalib adını Dövlət Miqrasiya Xidmətinin Könüllüləri qazanıb. Könüllü DOST “Bravos” 2-ci yeri, Təhsil Nazirliyinin Könüllüləri isə 3-cü yeri tutub. KİV arasında isə Azərbaycan Televiziyasının komandası qalib olub. İkinci yerə “Azad Azərbaycan” Televiziyası, üçüncü yerə isə “APA Holdinq” layiq görülüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

05-09-2024

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026

“DOST to DOST” layihəsi üzrə keçirilən təlimlər yekunlaşıb

19-06-2025

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026

DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

09-06-2020

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025

Son dörd ayda DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib

20-05-2026

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025

Özbəkistan və Qırğızıstan nümayəndə heyətləri DOST Agentliyində olublar

19-11-2024

DOST Məsləhəti proqramı fəaliyyət göstərəcək

27-02-2019

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

DOST Agentliyi Ən yaxşı debüt sertifikatına layiq görülüb

07-12-2019

Bakutel sərgisində DOST Mərkəzi xidmət göstərir

03-12-2019

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024

“DOST Müfəttiş” layihəsi beynəlxalq mükafata layiq görülüb

11-12-2024

Nazirliyin rəqəmsal layihələri və DOST RİM beynəlxalq mükafata layiq görülüb

11-04-2025

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025

DOST Agentliyi növbəti dəfə Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb

06-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə