Previous Next
Bağla

IV Uşaq Paralimpiya oyunları keçirilib

15-11-2018 12:05
IV Uşaq Paralimpiya oyunları keçirilib

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq məqsədilə “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi tərəfindən ölkəmizdə növbəti dəfə Uşaq Paralimpiya oyunları təşkil edilib.

Xeberler.az  bildirir ki, Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin və UNİCEF-in dəstəyi ilə IV dəfə keçirilən Uşaq Paralimpiya oyunları 13-14 noyabrda Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində 100-dən çox paralimpiyaçı uşağı bir araya gətirib. Bakıdan, eləcə də bölgələrdən oyunlara qatılan idmançılarımız idmanın 8 növü üzrə öz güclərini sınayıblar. Yerli paralimpiyaçılarımızdan əlavə, IV Uşaq Paralimpiya oyunlarında Gürcüstandan sağlamlıq imkanları məhdud 9 idmançı da 3 idman növündə mübarizə aparıb.

Oyunların rəsmi açılış mərasimi 14 noyabr 2018-ci il tarixində Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində keçirilib. Açılış zamanı çıxış edən Azercell Telekomun prezidenti Vahid Mürsəliyev mütəmadi keçirilən bu turnirlərin köməyilə sağlamlıq imkanları məhdud olan uşaqların idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək şansını qazandığını sevindirici hal kimi qiymətləndirib. Bunun uşaqlara həm dünya idmanına interqrasiya etməyə həm də gələcəkdə uğurlu idmançı karyerasını qurmağa kömək edə biləcəyini qeyd edib. Bu turnirin təşkilində qatqısı olmuş bütün təşkilat və komitə üzvlərinə minnətdarlığını bildirərək, iştirakçılara final oyunda uğurlu və qızğın mübarizə arzulayıb. Açılış mərasimində Beynəlxalq Paralimpiya Komitəsinin Prezidenti Endryu Parsons da iştirak edib.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. 2014-cü ildən etibarən “Azercell Telekom” MMC Komitənin inkişaf etdirilməsinə dəstək verir. Hazırda Komitədə 100-dən çox sağlamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb. Qeyd edək ki, Azercell Telekom fəaliyyətə başladığı ilk gündən sosial məsuliyyət faktoruna ciddi önəm verib. Bu günə qədər minlərlə sosial layihəyə dəstək olan Azercell ölkədə təhsil, incəsənət, idman, elm, texnologiyaların inkişafı və rifahı uğrunda çalışıb. Azercell Korporativ Sosial Məsuliyyət istiqamətindəki fəaliyyətinə görə dəfələrlə yerli və beynəlxalq mükafatalara layiq görülüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

31-10-2019

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

19-12-2025

Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

15-11-2019

"Azercell Telecom"un dəstəyilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib

08-06-2023

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

10-04-2025

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib

11-11-2016

Azercell-in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib

23-11-2021

Uşaq paralimpiyaçılarımız qələbə ilə döndü

11-09-2017

Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur

24-08-2021

Azercell prezidenti mükafatlandırıldı

10-12-2016

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

27-04-2016

Azercell paralimpiyaçılara dəstək olur

03-08-2017

Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

23-12-2025

Azercell I Uşaq Paralimpiya Oyunlarını dəstəkləyir

06-11-2015

Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

28-12-2021

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi "Azercell"i təltif etdi

18-01-2023

Azercell Uşaq Paralimpiya Komitəsinə dəstəyi davam etdirir

13-04-2018

Uşaq paralimpiyaçılarımız beynəlxalq yarışda

19-08-2017

Uşaq Paralimpiya Komitəsi işini onlayn davam etdirir

01-05-2020

Azercell Milli Paralimpiya Komitəsi ilə 3 saylı Uşaq evini ziyarət edib

18-03-2026

Azercell Tokio-2020-nin qaliblərini təbrik edib

13-10-2021

Nar Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19-06-2019

Avropa Oyunlarının qalibləri Azercell-də qonaq olub

03-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə