Skype-a yeni funksiyalar əlavə edilib

15-03-2016 / 13:35

Skype-ın veb versiyasına bir neçə yeni özəllik əlavə edilib.

Xeberler.az-ın məlumatına görə, artıq nömrə daxil edərək Skype  üzərindən istədiyiniz şəxslə danışa biləcəksiniz.

Digər yenilik isə  YouTube  ilə əlaqəlidir. Belə ki, artıq dostunuza YouTube linkini göndərəndə videonu birbaşa Skype üzərindən izləyə biləcək. Yəni, artıq bu linkləri açmaq üçün YouTube-a daxil olmağa ehtiyac qalmayacaq.

Bununla yanaşı, söhbətlərə Skype istifadə etməyən şəxsləri də əlavə etmək olacaq. Belə ki, söhbətlərdə yaradacağınız xüsusi  URL  ilə Skype  istifadə etməyən şəxsləri də daxil edə biləcəksiniz.

Bunun üçün söhbət üçün yaratdığınız  xüsusi  linki söhbətə əlavə etdiyiniz dostunuza göndərməlisiniz.

Sevinc Əsədova 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə