KATV1 kabel televiziyası operatoru internet vasitəsilə televizorda telekanal və video izləmək üçün nəzərdə tutulan MyvideoSmartBox cihazını təqdim edib.
Xeberler.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu ağıllı cihaz istənilən televizoru Smart TV-yə çevirməyə imkan verəcək. MyvideoSmartBox sahibləri milli televiziya kanallarını pulsuz izləyə biləcək, pullu abunəyə (ayda 10 manat) qoşulduqda isə xarici kanalları da izləmək imkanını əldə etmiş olacaqlar. Bundan əlavə, MyvideoSmartBox vasitəsilə film, serial, həmçinin klassik kinolarla zəngin olan myvideo.az saytının geniş videotekasına da daxil olmaq olar.
Bu "ağıllı" cihaz vasitəsilə istifadəçilərin yüklədiyi həvəskar videoları və ya brendləşdirilmiş internet-kanallarını da izləmək mümkündür.
MyvideoSmartBox-un xüsusiyyətlərindən biri də televizordan Skype, Instagram, Facebook və Youtube kimi məşhur proqramlara çıxış imkanının olmasıdır. Məsələn, televizorun böyük ekranından istifadə etməklə Skype vasitəsilə yaxınlarınızla daha rahat ünsiyyət yaratmaq, Youtube-da müxtəlif videoları izləmək və ya Facebook-da dostlarınızla yazışmaq olar.
MyvideoSmartBox cihazının qiyməti 50 manat təşkil edir, xarici kanalları izləmək üçün abunə haqqı isə ayda 10 manatdır. Bu cihazın seçilməsi zamanı 20 istehsalçının analoji məhsullarının texniki baxımdan müqayisəli təhlili aparılıb. Cihaz 4-nüvəli prosessorla təchiz olunub ki, bu da onun yüksək sürətliliyini təmin edir. Bu cihaz vasitəsilə 110 kanalı izləmək mümkündür. Bundan əlavə, arxivləşdirmə xidmətinin yardımı ilə MyvideoSmartBox-un istifadəçiləri istənilən telekanalın 10 günlük arxivini də izləyə bilər. Məhsulun Azərbaycan bazarına çıxarılması çərçivəsində xarici telekanal və müxtəlif servislərlə müvafiq müqavilələr bağlanılıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri