Türkiyənin “Texnopark İstanbul” şirkəti Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə birgə “Yüksək texnologiyalar sahəsində əməkdaşlıq” haqqında müqavilə imzalayıb.
Xeberler.az bildirir ki, müqavilədə hər iki tərəfin gələcəkdə nəzərdə tutulan ortaq fəaliyyətlərini tənzimləyən maddələr və yüksək texnologiyalı parkların qurulması öz əksini tapıb.
Xüsusilə, işğaldan azad edilmiş torpaqlarımızın yüksək texnologiya mərkəzlərinə çevrilməsi üçün imzalanmış müqavilə bu məqsədlə texniki məlumatlılıq səviyyəsinin artırılması və gənc peşəkar kadrların yetişdirilməsini nəzərdə tutur.
"Texnopark İstanbul"un baş direktoru Bilal Topçu açıqlamasında deyib ki, onlar yüksək texnologiyalar sahəsində qazandıqları təcrübəni Azərbaycanla bölüşəcək, razılaşma çərçivəsində qurulacaq texnoloji parklarda yüksək texnologiyalı məhsulların hazırlanmasına və təkmilləşdirilməsinə dəstək verəcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri