Previous Next
Bağla

AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

03-12-2020 11:44
AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

AMEA Yüksək Texnologiyalar Parkı yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastrukturu olan ərazidir.

Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən və 20 hektardan çox sahəsi olan Texnopark ərazisinin genişliyi rezidentlərin sayını artırmağa imkan verir. Yerli şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq Texnoparkın əsas məqsədlərindəndir.

Hazırda Yüksək Texnologiyalar Parkının infrastrukturunun gücləndirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Burada innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şərait mövcuddur.

Həmçinin Texnopark elmtutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini (ƏDV) ödəməməklə bağlı güzəştlər tətbiq olunur.

Yüksək Texnologiyalar Parkının rezidentləri zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya kimi kommunal-kommunikasiya xəttləri ilə təmin olunurlar. Bu da sahibkarların daha səmərəli fəaliyyət göstərmələrinə imkan yaradır.

Texnopark elm və innovasiya yönümlü yerli şirkətləri rezident olmağa, yaradılmış imkanlardan istifadə etməyə, həmçinin səmərəli əməkdaşlığa dəvət edir.

Rezident olmaq istəyən namizədlər üçün Yüksək Texnologiyalar Parkının www.ameaytp.az saytında müvafiq məlumatlar yerləşdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

YTP rezidentlərin sayını artıracaq

06-01-2021

Yüksək Texnologiyalar Parkının yaranmasından 4 il ötür

07-11-2020

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

08-11-2016

AMEA Yüksək Texnologiyalar Parkının yaranmasından 5 il ötür

08-11-2021

“Adviad” Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub

05-06-2023

AMEA Yüksək Texnologiyalar Parkına yeni inkubator-rezident qəbul olunub

06-05-2022

Mingəçevir İnkubator Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

20-06-2015

Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

22-02-2021

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi

26-11-2024

Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

04-08-2017

YTP-nin Elm və Təhsil Nazirliyinə verilməsi işləri fevralda yekunlaşacaq

06-02-2023

YTP mütəxəssisləri Gənclərin innovasiya düşərgəsi çərçivəsində təlimlər keçiblər

11-08-2022

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021

Mingəçevirdə tikiləcək Yüksək Texnologiyalar Parkı üçün hazırlıqlar başlayıb

22-04-2015

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

01-03-2023

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017

Pirallahı Yüksək Texnologiyalar Parkının rezidentləri seçilib

13-07-2020

Hazırda “Yüksək Texnologiyalar Parkı”nın formalaşdırılması üzrə təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır

14-06-2013

Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınıb

26-11-2020

Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib

04-07-2022

Yüksək Texnologiyalar Parkı beynəlxalq təşkilata üzv olub

16-01-2015

“GoldenPay” ASC-nin layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib

03-03-2021

Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

04-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə