“Toshiba” 50 min kompüteri geri yığır

06-09-2010 / 02:00

Şirkətin kompüterləri alışıb yana bilər

Dünyada elektronika və məişət texnikası sahəsində ən böyük istehsalçılardan biri olan Yaponiyanın “Toshiba” şirkəti kompüterlərini geri yığır.  Buna səbəb “Toshiba”nın son istehsalı olan kompüterlərdə öz-özünə alışma təhlükəsinin olduğunun üzə çıxmasıdır.

“Toshiba” bu vaxta qədər satılmış 50 min kompüteri geri alacaq.

Qeyd edək ki, şirkətə kompüterlərin alışması ilə bağlı ABŞ, Kanada və Avropa ölkələrindən 100-dən müraciət daxil olub. Alışma kompüterin enerji blokunda bərk qızma baş verməsi nəticəsində yaranır. İki olay zamanı kompüter istifadəçiləri yüngül yanıq xəsarəti alıblar.

mənbə: LENT.AZ



ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə