“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu il ərzində keçirdiyi müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq şəxs iştirak edib”.
Xeberler.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, imtahanlarda təkcə Komissiyanın 126 nəfər əməkdaşı deyil, kənardan müqavilə ilə dəvət olunan müəllimlər, ekspertlər iştirak edib. TQDK sədri həmçinin medianın böyük rolu olduğunu qeyd edib:
“Buna görə də, bəzən məlumatı TQDK-nın saytında yerləşdirməmişdən əvvəl mətbuata göndəririk. Bəzən xəbər saytlarında məlumatlar bizim saytımızdan daha tez dərc olunur. Vətəndaşlaraın dəqiq və qərəsiz məlumat almasında medianın rolu böyükdür. Mətbuat bu prosesdə bizimlə birlikdə çalışdı”.
Məleykə Abbaszadə vurğulayıb ki, TQDK qəbul prosesinin öhdəsindən ona görə bilib ki, qurum öz işində informasiya texnologiyalarından yetərincə istifadə edib:
“ Komissiyanın son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə daim birinci yerdə olub. “Elektron Hökümət” portalı vasitəsi ilə TQDK-nın təqdim etdiyi 15 elektron xidmətdən 4167385 dəfə istifadə edilib. İnsanlara həm rəsmi saytımız, həm “Elektron Hökümət” portalı üzərindən elektron xidmətlər göstəririk”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri