Previous Next
Bağla
REKLAM YERİ

TeliaSonera Azərbaycan bazarından gedirmi ?

17-09-2015 19:36
TeliaSonera Azərbaycan bazarından gedirmi ?

Məlumat verdiyimiz kimi, TeliaSonera beynəlxalq telekommunikasiya şirkəti Azərbaycanda və digər Avrasiya ölkələrində iştirakını azaldacağını bildirib.

Xeberler.az şirkətin yaydığı məlumata istinadən bildirir ki,  qarşıdakı illərdə şirkət yeni strategiyası çərçivəsində diqqətini Avropa, xüsusilə də İsveçdə fəaliyyətə ayıracaq və Avrasiya regionunda, o cümlədən Nepal, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Moldova və Tacikistanda iştirakını azaldacaq.

TeliaSonera kimi qlobal şirkətin Azərbaycan bazarında fəaliyyətini azaltması ilə bağlı açıqlaması ekspertlərin diqqətini cəlb edib.  
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Xeberler.az-a şirkətin bu qərarını şərh edərkən  bildirib  ki, bu kifayət qədər ciddi məsələdir:

“Öncə dəqiqləşdirmək lazımdır ki, Azercell şirkətində payı olan bu qlobal qurum həqiqətən belə bir rəsmi qərar veribmi və burada hansı strategiya əsas götürülüb?  Əgər şirkətdən belə bir rəsmi açıqlama verilibsə, bu doğurdan da  ciddi siqnaldır. Fikrimcə Azercell şirkətinin daxil olduğu ciddi bir beynəlxalq şirkətin bazardan getməsi ilə bağlı açıqlaması  hökumətin və cəmiyyətin reaksiya verəcəyi bir məsələdir“

Osman Gündüz xatırladıb ki, dünya brendi TeliaSoneranın da payı olan   Azercell şirkəti təkcə ötən illər ərzində  Azərbaycanda texnologiyalar sahəsinə 1 milyard manat sərmayə yatırıb.
Ekspert hesab edir ki, Azercell  Azərbaycanda nəinki mobil bazarda,  ümumiyyətlə İKT-nin, innovasiyaların inkişafında mühüm rolu olan böyük qurumlarından biridir:

“Fikrimcə belə bir dünya brendinin payçı olaraq Azərbaycan bazarında fəaliyyətini azaltması  Azərbaycan üçün heç də  arzuolunan deyil və  düşündürcü haldır”.

Osman Gündüz şirkətin bu addımı atmasının iki əsas səbəbi ola biləcəyini də güman edir:

“Məlumdur ki, bu gün dünya mobil biznes bazarında elə də xoşagələn vəziyyət yoxdur. İnternet, sosial media bütün dünyada mobil operatorlar üçün bu bazarı xeyli daraldıb.Danışıq funkisyasını həyata keçirən yeni  mobil tətbiqlər yaranır
( WhatsApp, Viber, Skype və s.)  və bu da mobil bazarda  gəlirləri xeyli azaldır. Mobil telefonlarla klassik formada danışıq getdikcə azalır. Hazırda mobil operatorlar daha çox İnternet bazarına istiqamətlənirlər. Azərbaycan da bu qurumlar üçün  elə də böyük İnternet bazarı deyil. Ola bilər ki yeni investisiyalar yatırılması baxımından və gözlənilən gəlirlər baxımından, yəni biznes baxımından Azərbaycanın mobil İnternet bazarı maraqlı olmaya da bilər ”.

Ekspertin sözlərinə görə, digər tərəfdən də  Azərbayacanda son dövrlər yaranmış yeni qanunvericilik mühiti də şirkətin bu addım atmasını şərtləndirən səbəb ola bilər.

Osman Gündüz bir neçə ay bundan öncə ölkədə lisenziyalaşdırılan fəaliyyət növləri ilə bağlı qanunvericilikdə dəyişikliklər edildiyini də diqqətə çatdırıb.

 “Yeni dəyişikliklər mobil operatorlarla  lisenziya verən dövlət orqanı arasında texnoloji standartlar, texniki göstəricilər, keyfiyyətli xidmət üçün əsas şərtlər və s  göstərilməklə  yeni lisenziya müqaviləsi imzalanmasını nəzərdə tutur. Ola bilər ki, bu şərtlər də şirkətin maraqlarna uyğun gəlməyib və belə bir açıqlama üçün əsas yaradıb.”

Osman Gündüz Xeberler.az -a bildirib ki, istənilən halda TeliaSonera –nın Azərbaycan bazarından getməsi ölkənin mobil bazarına, o cümlədən də  Azercell-ə təsirsiz ötüşməyəcək.

Hazırda Azercell-in bütün səhmləri Türkiyənin "Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş." şirkətinə məxsusdur. Bu şirkət "Fintur Holdings B.V."-in tərkibinə daxildir. TeliaSonera- ya məxsus olan "Fintur Holdings B.V." şirkətinin  Azercell şirkətində iştirak payı var.

Xeberler.az mövzunu diqqətdə saxlayacaq

Ruhi Muradova

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in yeni potensial səhmdarının adı açıqlanıb

24-10-2016

TeliaSonera Azərbaycan bazarında iştirakını azaldır

17-09-2015

TeliaSonera-nın Azercell-dəki hissələrini hansı şirkət alır?

30-12-2015

Turkcell Azercell-i almaq istəyir

18-11-2015

TeliaSonera-nın Azərbaycandan getməsi haqqında rəsmi açıqlama

18-09-2015

Əli Abbasov TeliaSonera-nın Azərbaycandan getməsindən danışdı

19-09-2015

Azercell –də nə baş verir ?

24-12-2017

“Azərcell” Azərbaycanda informasiya texnologiyalarının inkişafına yeni sərmayə qoyacaq

15-03-2013

Azercell TurkCell-in mülkiyyətinə keçə bilərmi?

18-09-2015

Turkcell TeliaSonera-nın səhmlərini almağa hazırlaşır

10-02-2016

Azercell-i hansı qurum alır?

12-02-2018

Ali Ağan “Azercell Telekom” MMC-nin yeni prezidenti təyin olunub

06-01-2009

Azercell TeliaSonera-nın Avrasiyada ən böyük və əhəmiyyətli şirkətlərindəndir

13-05-2009

Azercell-in sabiq əməkdaşı "TeliaSonera Avrasiya" şirkətinin vitse-presidenti təyin edilib.

19-06-2014

Nazirlik Azercell-i inkişafa, yoxsa geriyə aparacaq?

07-03-2018

Azercell-in adı dəyişə bilərmi?-Açıqlama

24-02-2016

Nazirlik Azercell-i satın aldı

05-03-2018

“Azercell Telekom”dakı dövlət payı özəlləşdirildi.

26-04-2008

“Azercell-in bağlanacağı haqda xəbərlər həqiqəti əks etdirmir”

07-06-2016

Azercell-in satılmasına münasibət: “Nazirlikdə bu qədər pul haradandır?”

09-03-2018

“Azercell-in mobil bazarda payı 48 faizdir”

22-02-2017

bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

28-08-2009

Mobil operatorlarla Nazirlik arasında yeni lisenziya müqaviləsi imzalanacaq

16-09-2015

Azercell-in idarə edilməsində hansı yeniliklər ola bilər? –Şərh

12-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə