Previous Next
Bağla

Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub

22-06-2026 18:58
Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub

DOST Agentliyində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri Muxammetseyit Sılapov arasında görüş keçirilib.

Xeberler.az bildirir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə səfərdə olan Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri Muxammetseyit Sılapov 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub. Onun üçün DOST Konsepsiyasına və sosial sahədə rəqəmsal xidmətlərə dair təqdimatlar edilib.

Anar Əliyev bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadilə edilən sənədlərdən biri də Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumudur. Bu sənəd iki nazirlik arasında müntəzəm dialoq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi üçün hüquqi baza yaratmaqla, əməkdaşlığı daha da genişləndirəcək.

Sosial sığorta sistemlərinin modernləşdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması və peşəkar təlim və yenidən hazırlıq proqramlarının hazırlanması sahəsində təcrübə mübadiləsi üçün əhəmiyyətli potensialın olduğu vurğulanıb. Həmçinin, əməyin mühafizəsi, sosial xidmətlər, məşğulluq proqramının hazırlanması, pensiya sisteminin inkişafı və həssas qruplara dəstək sahəsində əməkdaşlıq imkanlarını araşdırmağın məqsədəuyğun ola biləcəyi qeyd edilib. İmzalanan yeni əməkdaşlıq sənədinin bu istiqamətlərdə önəmli irəliləyişə şərait yaratdığı bildirilib.

Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş layihəsinin də artıq hazırlandığı qeyd edilib. Muxammetseyit Sılapov ikitərəfl əməkdaşlığın inkişafı üçün qarşıdakı dövrdə də mühüm addımların atılacağını, sosial islahatlar prosesində ardıcıl təcrübə mübadilələrinin aparılmasının qarşılıqlı faydalı olduğunu bildirib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılan Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin inkişaf etdirilməsində rolundan bəhs olunub. İki nazirlik arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025
Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

28-04-2022
Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

27-12-2024
DOST Agentliyində Ruanda nümayəndə heyəti ilə görüş olub

DOST Agentliyində Ruanda nümayəndə heyəti ilə görüş olub

19-12-2024
Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST mərkəzində olub

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST mərkəzində olub

20-11-2024
Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

21-09-2022
TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025
Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

05-09-2024
BƏT-in regional direktoru DOST xidmətləri ilə tanış olub

BƏT-in regional direktoru DOST xidmətləri ilə tanış olub

20-11-2024
DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

26-03-2025
Özbəkistan və Qırğızıstan nümayəndə  heyətləri DOST Agentliyində olublar

Özbəkistan və Qırğızıstan nümayəndə heyətləri DOST Agentliyində olublar

19-11-2024
Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025
DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021
Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

27-09-2024
Səfir ölkəmizin sosial müdafiə sistemini yüksək qiymətləndirib

Səfir ölkəmizin sosial müdafiə sistemini yüksək qiymətləndirib

14-09-2016
Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025
Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024
Çin və İndoneziya nümayəndə heyətləri DOST Mərkəzində olublar

Çin və İndoneziya nümayəndə heyətləri DOST Mərkəzində olublar

19-11-2024
DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

09-06-2020
Azərbaycan-Belarus sənədləri imzalanıb

Azərbaycan-Belarus sənədləri imzalanıb

19-11-2018
Əmək münasibətləri üzrə rəqəmsal həllərin  tətbiqi genişlənir

Əmək münasibətləri üzrə rəqəmsal həllərin tətbiqi genişlənir

06-03-2025
Nazirlikdə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

Nazirlikdə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

04-12-2025
Dünyanın tanınmış alimlərindən biri olan professor Klaus F.Zimmermanla görüş olub

Dünyanın tanınmış alimlərindən biri olan professor Klaus F.Zimmermanla görüş olub

13-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə