Previous Next
Bağla

Səfir ölkəmizin sosial müdafiə sistemini yüksək qiymətləndirib

14-09-2016 15:03
Səfir ölkəmizin sosial müdafiə sistemini yüksək qiymətləndirib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixael Kindsqrabla tanışlıq görüşü olub.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, görüşdə nazir Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətlər, sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edən uğurlu islahatlar barədə məlumat verib.

Respublikamızda sosial rifah halının yüksəldilməsini, əhalinin sosial müdafiəsinin gücləndirilməsini, yoxsulluğun kəskin şəkildə azalmasını ifadə edən göstəriciləri açıqlayan S.Müslümov əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə səfiri məlumatlandırıb.

S.Müslümov ölkəmizdə əmək və sosial müdafiə sisteminin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, fəaliyyət sahələrində şəffaflıq prinsipinin və səmərəli iş üsullarının tətbiqi məqsədilə müvafiq işlərin aparıldığını bildirib. Nazirliyin fəaliyyətində aidiyyəti xidmətlər sistemində məmur-vətəndaş təmaslarının minimallaşdırılması və şəffaflığın artırılması üçün elektron texnologiyalardan istifadənin genişləndirildiyini önə çəkən nazir ümumilikdə hazırda nazirliyin əhali üçün aktual olan bütün iş sahələrində 29 elektron xidmətin vətəndaşların istifadəsində olduğunu diqqətə çatdırıb.

Cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 4 061 039 dəfə istifadə olunub.

İki ölkə arasında əmək və sosial müdafiə sahəsindəki mövcud əlaqələrə toxunan nazir Almaniya Federativ Respublikasının  Əmək və Sosial İşlər Nazirliyi və digər qurumları ilə zəngin əməkdaşlıq təcrübəsi olduğunu vurğulayıb.

Əlillik müayinələrinin aparılması və tibbi-sosial reabilitasiya, əməyin mühafizəsi ilə bağlı ölkədə cari vəziyyətin təhlili, ehtiyacların öyrənilməsi  və əmək müfəttişləri üçün xüsusi təlim proqramlarının hazırlanması, sosial xidmətin təşkili, sosial xidmət sahəsində, məşğulluq orqanları nəzdində peşə fəaliyyəti və ixtisasartırma,  işsizliyə görə məcburi sığortalanma məsələləri və digər sahələrdə Almaniya ilə əməkdaşlığın səmərəli olduğu vurğulanıb.

M.Kindsqrab ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib. Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində əhaliyə göstərilən xidmətlərin onda böyük maraq doğurduğunu qeyd edən səfir ölkəsi ilə Azərbaycan arasında əmək və sosial müdafiə məsələləri üzrə əlaqələrin genişlənməsinə öz töhfəsini vermək üçün daim səylər göstərəcəyini bildirib.

Görüşdə qeyd olunan sahələrdə gələcək əməkdaşlığın istiqmətləri nəzərdən keçirilib.

 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025
11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015
Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

28-04-2022
Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub

Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub

22-06-2026
Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025
Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

06-03-2018
Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST mərkəzində olub

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST mərkəzində olub

20-11-2024
Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

06-11-2018
Dünyanın tanınmış alimlərindən biri olan professor Klaus F.Zimmermanla görüş olub

Dünyanın tanınmış alimlərindən biri olan professor Klaus F.Zimmermanla görüş olub

13-11-2018
Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

14-09-2018
Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

27-12-2024
Bu ilin dörd ayında sosial sahədə e-xidmətlərə 2,8 milyon müraciət edilib

Bu ilin dörd ayında sosial sahədə e-xidmətlərə 2,8 milyon müraciət edilib

21-05-2026
Nazirlikdə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

Nazirlikdə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

04-12-2025
Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

21-09-2022
Ötən ay sosial sahə üzrə 626 min elektron müraciət daxil olub

Ötən ay sosial sahə üzrə 626 min elektron müraciət daxil olub

25-02-2026
e-sosial.az portalına 17,5 milyon, baxış olub

e-sosial.az portalına 17,5 milyon, baxış olub

11-04-2020
Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

27-09-2024
Nazirliyin innovativ yenilikləri Vyanada təqdim edilib

Nazirliyin innovativ yenilikləri Vyanada təqdim edilib

28-09-2016
Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025
Nazirlik elektron formada necə xidmət göstərir?

Nazirlik elektron formada necə xidmət göstərir?

13-04-2017
Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən razısınız? -Sorğu

Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən razısınız? -Sorğu

22-01-2018
Son dörd ayda “e-sosial” portalından 5,1 milyon dəfə istifadə olunub

Son dörd ayda “e-sosial” portalından 5,1 milyon dəfə istifadə olunub

27-05-2025
Bu sahələri üzrə 502,6 min e-arayış verilib

Bu sahələri üzrə 502,6 min e-arayış verilib

19-12-2022
DOST Agentliyində Ruanda nümayəndə heyəti ilə görüş olub

DOST Agentliyində Ruanda nümayəndə heyəti ilə görüş olub

19-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə