Previous Next
Bağla

Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

27-09-2024 12:56
Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyə Texniki Dəstək Qrupunun və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkinlə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə əmək,  məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlarda BƏT-lə əməkdaşlığın xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Ötən dövrdə Azərbaycanın BƏT-in 60-dək Konvensiyasına qoşulduğu, BƏT-lə birgə Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla icra edildiyi, növbəti Layiqli Əmək üzrə Ölkə Proqramı layihəsinin hazırlandığı qeyd edilib.

Görüşdə ölkəmizin bu ilin noyabr ayında ev sahibliyi edəcəyi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BƏT-lə birgə keçiriləcək tədbirlər barədə müzakirə aparılıb.

M.Puşkin Azərbaycanın BƏT-lə fəal əməkdaşlığından məmnunluq ifadə edib. O, ölkəmizdə aparılan sosial islahatların, həmçinin əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımların, əmək və məşğulluq sahəsində innovativ həllərin geniş tətbiqinə nail olunmasının BƏT tərəfindən rəğbətlə qarşılandığını bildirib.

Ölkəmizdə əməkhaqqı sisteminin təkmilləşdirilməsi, həyata keçirilən birgə layihələr və BƏT-lə əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BƏT-in regional direktoru DOST xidmətləri ilə tanış olub

20-11-2024

Əmək müqaviləsinin e-qeydiyyatı ilə bağlı təqdimatı olub

04-12-2015

RİNN-də Beynəlxalq Əmək Təşkilatı ilə görüş keçirilib

26-11-2025

BƏT: Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyi üçün geniş imkanlar yaradır

28-04-2025

Pandemiya ilə bağlı həyata keçirilən iqtisadi və sosial tədbirlər BƏT-İn saytında dərc olunub

25-04-2020

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025

Bakcell gənclərlə bağlı layihənin ikinci mərhələsinə başladı

21-06-2017

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST mərkəzində olub

20-11-2024

“Ali təhsil işsizlikdən xilas etmir”

18-11-2015

Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

28-04-2022

Nazirlikdə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

04-12-2025

BƏT süni intellektin əmək şəraiti və məşğulluğu barədə hesabat hazırlayıb

24-04-2025

"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" adlı konfrans keçirilir

28-04-2025

“Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” adlı forum keçirilib

03-04-2025

DOST Agentliyində Ruanda nümayəndə heyəti ilə görüş olub

19-12-2024

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015

BƏT generativ süni intellektlə bağlı hesabat hazırlayıb

21-05-2025

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

Əmək münasibətləri üzrə rəqəmsal həllərin tətbiqi genişlənir

06-03-2025

Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

21-09-2022

Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

27-12-2024

E-texnologiyaların tətbiqi daha da genişləndirilir

10-02-2024

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə