Previous Next
Bağla

TV bazarının dəyişən tendensiyaları: Davamı

30-06-2026 10:16
TV bazarının dəyişən tendensiyaları: Davamı

İdeal istehlak təcrübəsi: yüksək keyfiyyətli görüntü, yüksək sürət və minimal gecikmə

Yüksək keyfiyyətli məzmuna artan tələbat istehlakçıları ənənəvi televiziya yayımlarından tələb əsaslı (on-demand) platformalara yönəldib. Bu keçid artıq geri dönüşü olmayan mərhələni keçib. 2015-ci ildə qlobal streaming abunəçilərinin sayı təxminən 300 milyon idisə, 2024-cü ildə bu göstərici 1.8 milyarda yüksəlib. Eyni dövrdə ənənəvi TV izləmə səviyyəsi 38% azalıb.

Bu tendensiya platformalar arasında güclü “keyfiyyət yarışı” yaradıb. Netflix, YouTube, Amazon Prime və Disney+ kimi xidmətlər 4K kimi yüksək görüntü keyfiyyətini standartlaşdırdıqca, digərləri də eyni addımı atmağa məcbur qalıb. Netflix 2014-cü ildə 4K formatına keçid edib və bu gün kataloqunun böyük hissəsi bu keyfiyyətdədir. Disney+ isə 2019-cu ildə bazara çıxarkən 4K-nı artıq standart olaraq təqdim edib. Beləliklə abunəçi uğrunda mübarizədə məzmun və görüntü keyfiyyətini əsas fərqləndirici amilə çevrildi.

Eyni tendensiya istehsal tərəfini də dəyişdi. RED, ARRI, Sony və Blackmagic kimi istehsalçılar 6K, 8K və hətta 12K çəkiliş texnologiyalarına keçid edib. BBC və Canal+ kimi böyük yayımçılar isə artıq 4K HDR standartını tətbiq edir. Yaponiya isə daha irəli gedərək 2018-ci ildən BS8K kanalı ilə dünyada ilk daimi 8K yayımı həyata keçirir.

Sosial platformalarda da eyni tendensiya müşahidə olunur. YouTube 4K dəstəyini 2015-ci ildə, 8K dəstəyini isə 2016-cı ildə əlavə edib. TikTok və Instagram Reels alqoritmləri isə daha yüksək keyfiyyətli videoları önə çəkir, aşağı keyfiyyətli kontentin yayılmasını məhdudlaşdırır.

Streaming üzrə tələbat artımı xüsusi diqqət çəkir. İdman, konsert, forum və xəbər formatlarını əhatə edən qlobal canlı izləyici bazası 2018-ci ildə təxminən 550 milyon idisə, 2024-cü ildə 3.8 milyarda yüksəlib. Bu artımın əsas drayverləri kimi onlayn forumlar və oyun yayımları (+1450%), eləcə də konsert streamləri (+1013%) müəyyən edilib.

Latency və internet sürəti istehlakçı davranışını formalaşdıran ən kritik, lakin ən az görünən amillərdən biridir. Araşdırmalara görə, yayım platformalarında 2 saniyədən çox gecikmə istifadəçilərin təxminən 20%-nin, 6 saniyəni keçən gecikmə isə auditoriyanın təxminən 50%- nin itirilməsinə səbəb olur.

Bununla yanaşı, “ikinci ekran” davranışı da maksimum səviyyəyə çatıb. İstifadəçilər eyni anda matçı izləyir, canlı statistikaya baxır və sosial mediada müzakirələrə qoşulurlar. Bu ekosistemin effektiv işləməsi isə real vaxt rejiminə, yəni minimal gecikməyə bağlıdır.

İKT və kibertəhlükəsizlik üzrə ekspert Rəşad Əliyev qeyd edir ki, müasir canlı yayımın keyfiyyəti iki əsas parametrdən asılıdır: bandwidth (sürət) və latency (gecikmə). Onun sözlərinə görə, yüksək sürət böyük həcmdə məlumat ötürülməsini təmin edir, lakin yayımın “canlılıq” hissini müəyyən edən əsas faktor gecikmədir.

“İstifadəçi artıq şüurlu şəkildə ‘bu platforma sürətlidir’ demir. O, sadəcə ‘burada rahat izləyirəm’ hissini yaşayır. Bu hiss isə millisaniyələrlə ölçülən texniki optimizasiyaların nəticəsidir,” – deyə ekspert vurğulayır.

O əlavə edir ki, istehlakçı üçün ideal təcrübə yüksək görüntü keyfiyyətinin yüksək sürət və minimal gecikmə ilə birləşməsidir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnternetin yeni anatomiyası: Qlobal çağırışlar və yerli provayderlər

İnternetin yeni anatomiyası: Qlobal çağırışlar və yerli provayderlər

24-06-2026
TV bazarının dəyişən tendensiyaları

TV bazarının dəyişən tendensiyaları

29-06-2026
Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

05-09-2025
Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019
Əşyaların İnterneti və rəqəmsal dünya

Əşyaların İnterneti və rəqəmsal dünya

10-04-2020
Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

05-02-2015
Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

20-07-2017
Facebook reklam bazarında üstünlüyü ələ alıb

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015
LG-nin OLED televizoru ev əyləncəsi sektorunda etalondur

LG-nin OLED televizoru ev əyləncəsi sektorunda etalondur

22-11-2019
Rəqəmsal kontent: İstehlakçı seçimləri və bazar təklifləri

Rəqəmsal kontent: İstehlakçı seçimləri və bazar təklifləri

02-02-2018
Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015
Abunəçilər Azercell-dən razıdır?-Sorğu

Abunəçilər Azercell-dən razıdır?-Sorğu

13-01-2017
2010-cu il LED TV-lərin ili olacaq

2010-cu il LED TV-lərin ili olacaq

04-01-2010
İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026
Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb

Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb

25-01-2020
 “4K” displeylər bazarının həcmi 52 milyard dollara çatacaq

“4K” displeylər bazarının həcmi 52 milyard dollara çatacaq

21-04-2015
2023-cü il üçün media bazarının həcmi və reklama investisiyalar

2023-cü il üçün media bazarının həcmi və reklama investisiyalar

26-12-2023
“Xidmətlərimizin səviyyəsi Formula-1 yarışı kimi sürətli olacaq”

“Xidmətlərimizin səviyyəsi Formula-1 yarışı kimi sürətli olacaq”

13-04-2016
2026-cı ilin ən yaxşı süni intellekt əsaslı dil öyrənmə tətbiqləri açıqlanıb

2026-cı ilin ən yaxşı süni intellekt əsaslı dil öyrənmə tətbiqləri açıqlanıb

11-05-2026
Azərbaycanda İnternet bazarına əsasən 10 provayder nəzarət edir

Azərbaycanda İnternet bazarına əsasən 10 provayder nəzarət edir

20-02-2024
Ailə TV kanallar paketi yenilənəcək

Ailə TV kanallar paketi yenilənəcək

05-08-2015
YouTube-də canlı yayım

YouTube-də canlı yayım

14-09-2010
Azərbaycan internetin sürətinə görə dünyada 167-ci yerdədir

Azərbaycan internetin sürətinə görə dünyada 167-ci yerdədir

15-09-2021
Ənənəvi TV 16 ilə yox olacaq

Ənənəvi TV 16 ilə yox olacaq

02-12-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə