Previous Next
Bağla

Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

20-07-2017 10:55
Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

Dünya mobil telefonlar bazarının həcmi ən yüksək həddə çatıb və bununla əlaqədar burada gələcək artım birrəqəmli göstərici ilə məhdudlaşacaq.

Xeberler.az NRYTN-in elektron xəbər ximətinə istinadən məlumat verir ki,  bu barədə Forrester Research analitik şirkətinin hesabatında deyilir.
 
Bu yaxınlarda aparılan tədqiqatda 2017-ci ildə dünyada mobil qurğu istifadəçilərinin sayının 2016-cı ildəki 4,8 milyard nəfərdən 4,9 milyard nəfərədək artacağı, 2022-ci ilədək isə bu göstəricinin 5,5 milyard nəfəri üstələyəcəyi qeyd olunur.

Mütəxəssislərin hesablamalarına görə, cari ildə smartfonlardan istifadə edən mobil abunəçilərin sayı 2,8 milyard nəfər təşkil edəcək, daha 1 milyard istifadəçi isə "feature phone" tipli qurğularla kifayətlənəcək.

Proqnoza görə, beş ildən sonra smartfonların qlobal miqyasda nüfuzetmə səviyyəsi 67 faizə çataraq 2013-cü ildə qeydə alınan 21 faizlik göstərici ilə müqayisədə təxminən 3 dəfədən çox artacaq. Dünyada təxminən 3,8 milyard nəfərin smartfondan istifadə edəcəyi, "feature phone" sahiblərinin sayının 433 milyonadək azalacağı gözlənilir.  

Həmçinin ekspertlər vurğulayır ki, planşetlərin bazar payı azalmaqda davam edir. Belə ki, bazarda onların payına iriölçülü smartfonlar sahib çıxır.

Bu tendensiya xüsusilə smartfonların çox vaxt internetə çıxış üçün yeganə qurğu olduğu Çin, Hindistan, İndoneziya və Afrikada geniş yayılıb. İnsanlar böyük smartfonlar vasitəsilə videoya baxmağın və sosial şəbəkələrə daxil olmağın daha rahat olmasına görə onlara üstünlük verirlər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016
Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

22-09-2015
Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015
Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

04-06-2015
Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015
Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016
Facebook reklam bazarında üstünlüyü ələ alıb

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015
Dünyada rominq abunəçilərinin sayı 900 milyona çatacaq

Dünyada rominq abunəçilərinin sayı 900 milyona çatacaq

28-01-2020
BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

13-09-2023
“LTE” abunəçilərinin sayı 1,4 milyard nəfərə çatacaq

“LTE” abunəçilərinin sayı 1,4 milyard nəfərə çatacaq

16-06-2015
Smartfonların satışı azalacaq

Smartfonların satışı azalacaq

09-09-2015
Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

05-09-2025
Smartfonların satış həcmi  7 faiz  artacaq

Smartfonların satış həcmi 7 faiz artacaq

13-04-2016
LTE abunəçilərinin sayı 1 milyarda çata bilər

LTE abunəçilərinin sayı 1 milyarda çata bilər

17-11-2015
Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

26-05-2015
Dünyada ən çox tələbat olan elektron qurğular smartfonlardır

Dünyada ən çox tələbat olan elektron qurğular smartfonlardır

28-04-2015
2011-ci ildə mobil telefon bazarı 8 faizədək artacaq

2011-ci ildə mobil telefon bazarı 8 faizədək artacaq

25-12-2010
Mobil proqramlar 57 milyard dollar gəlir gətirəcək

Mobil proqramlar 57 milyard dollar gəlir gətirəcək

13-05-2016
İki SİM-kartlı smartfonların satışı yarım milyardı ötəcək

İki SİM-kartlı smartfonların satışı yarım milyardı ötəcək

21-07-2015
Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının  sayı 1,65 milyarda çatacaq

Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 1,65 milyarda çatacaq

27-05-2015
Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

20-02-2015
Analitiklər mobil modem və routerlərin tədarükünün azalacağını gözləyirlər

Analitiklər mobil modem və routerlərin tədarükünün azalacağını gözləyirlər

09-11-2013
2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015
Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə