Previous Next
Bağla

Twitter-də dünyanın izlədiyi ən populyar hesablar hansılardır?

12-05-2016 16:04
Twitter-də dünyanın izlədiyi ən populyar hesablar hansılardır?

Son dövrlərdə zəifləməyinə baxmayaraq məşhur sosial media platforması Twitter  hələ də dünyada ən aktiv istifadə olunan platforma olaraq qalır.

Bəs Twitter-in ən populyar hesabları hansılardır?

Bəzi məşhurlar platformadan çox aktiv istifadə edir və bütün yenilikləri öz hesablarından fanatları ilə paylaşır.

Onların izləyici sayı təəccübləndirəcək dərəcədə çoxdur.

Xeberler.az 2016-nın ilk rübünün statistik məlumatına istinadən ən populyar Twitter hesablarını təqdim edir:

 Katty Perry / @katyperry

Dünyaca məşhur amerikalı müğənni  Katty Perry Twitter-də 87 milyon 488 min  859  izləyiciyə sahibdir və ən populyar hesab olaraq bir müddətdir yerini qoruyur.  Ötən ilin avqust ayından ilk sırada olan Perry illərdir yalnız 159  nəfəri izləyir.

Justin Bieber / @justinbieber 

80 milyon 294 min  670  izləyici ilə 2-ci dünyanın ən məşhur pop müğənnisi Justin Bieber-dir. O , aktiv Twitter  istifadəçisidir. Müğənni 264 min 354 nəfəri izləyir.

 Taylor Swift / @taylorswift13

Taylor Swift 76 milyon 98 min 437 izləyiciyə sahibdir. Digər sosial media hesabları kimi Twitter-ə də vaxt tapan Swift bu profili ilə 245 nəfəri izləyir.

Barack Obama / @barackobama

ABŞ prezidenti  Barak Obamanın Twitter hesabı xüsusi bir komanda tərəfindən idarə olunur. Paylaşılan tweeet-ləri özü təsdiqləyən Obama Twitter-də izlədiyi 636 min  649  nəfərin ana səhifəyə düşən paylaşımlarını və populyar həştəqləri izləyir. ABŞ prezidentinin sosial platformada  73 milyon 861 min 389 izləyicsi var.

 YouTube / @YouTube

2005-dən bu günə qədər nəhəng video paylaşım platformasına çevrilən YouTube Twitter-də ən çox izlənilən 5-ci hesabdır.  61 milyon 611 min 830  izləyicisi olan YouTube özü  926 hesabı izləyir.

Rihanna / @rihanna

Məşhur müğənnini Twitter-də 59 milyon 710 min 614  hesab izləyir.  Rihanna isə 1138 hesabı izləyir .

 Lady Gaga / @ladygaga

Maraqlı geyimləri və çıxışları ilə diqqət çəkən Lady Gaga 58 milyon 627 min 956  izləyicisi ilə məşhurluğunu qoruyur. 130 min  857 nəfəri izləyən məşhur həmçinin, tez-tez tweet-lər atması və İnstagram hesabından çəkdiyi fotolarını  Twitter-də paylaşması ilə diqqət çəkir.

 Ellen DeGeneres / @TheEllenShow

ABŞ-ın ən sevilən və çox izlənilən proqramlarından birini hazırlayıb, aparıcılıq edən məşhur komedi ustası Ellen DeGeneres proqram vaxtı da tez-tez paylaşımlar edir. Tam bir sosial media dahisi olan Ellen DeGeneres 58 milyon 576 min 134  izləyiciyə  sahibdir. Özü 36 min 463  nəfəri izləyir.

Twitter / @twitter

Twitter-in izləyici sayı isə 54 milyon 480 min 519  nəfərdir. Twitter  140 hesabı izləyir.

Justin Timberlake / @jtimberlake

Justin Timberlake yalnız öz fəaliyyəti ilə bağlı paylaşım etmir. Həmçinin gündəmdə olan hadisələrə də münasibət bildirir. Buna görə də 54 milyon 469 min 286 izləyici qazanıb. Özü isə 145 nəfəri izləyir.

Britney Spears / @britneyspears

Məşhur müğənni Britney Spears 44 milyon 978 min 258 izləyici qazana bilib. Özü isə 395 min 202 nəfəri izləyir.

Kim Kardashian West / @KimKardashian

Kim Kardashian West  44 milyon 365 min 827 izləyiciyə çatıb. Özəl həyatı və sensasiyalı açıqlamaları ilə gündəmə gələn West Twitter-də 125 nəfəri izləyir.

Selena Gomez / @selenagomez

Selena Gomez Twitter üzərindən 280 nəfəri izləyir. Məşhuru isə 41 milyon 971 min 971 fanatı izləyir.

Cristiano Ronaldo / @Cristiano

Real Madrid-li  futbol ulduzu  Cristiano Ronaldo Twitter-də yalnız  92 nəfəri izləyir. Onu isə 41 milyon 854 min 986 hesab izləyir.  

İnstagram / @instagram

Ən populyar Twitter hesabları arasında olan bir başka soisal şəbəkə isə  İnstagram-dır. 4  nəfəri izləyən platformanı  40 milyon 834 min 834 hesab izləyir.

Jimmy Fallon / @jimmyfallon

ABŞ-ın məşhur talk show  aparıcılarından Jimmy Fallon “The Tonight Show Starring Jimmy Fallon” proqramı ilə böyük fanat kütləsi qazanıb.  39 milyon 754 min  513 izləyicisi olan talk show ulduzu hesabı üzərindən 6 min 807 nəfəri izləyir.

Ariana Grande / @ArianaGrande

Gənc pop və R&B müğənnisi  Ariana Grande Twitter-də  67 min 443 nəfəri izləyir. Onu isə 38 milyon 334 min 734 hesab izləyir.

CNN Breaking News / @cnnbrk

Media orqanı olan CNN Breaking News 38 milyon 79 min 577 izləyici populyar hesablar arasındadır. CNN Breaking News öz hesabından 116 nəfəri izləyir.

Shakira/ @shakira

Məşhur müğənni Shakira Twitter-də 37 milyon 837 min 473 hesab tərəfindən izlənilir. Özü isə 179 nəfəri izləyir.  

 Demi Lovato / @ddlovato

Demi Lovato-nu Twitter-də  35 milyon 760 min 498 nəfər izləyir. Lovato isə 436  hesabı izləyir. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlin Twitter-də ən çox izlənən məşhurları

11-12-2015

Katy Perry izləmə sayı ilə Twitter-də yeni rekord qırdı

02-07-2016

Twitter bu yay nə ilə yadda qaldı?

23-09-2015

Twitter-də ən çox izləyicisi olan hesab kimindir?

21-08-2015

60 saniyədə internet platformalarında nə baş verir ?

18-07-2019

Twitter-də indi daha çox izləyiciniz olacaq

30-10-2015

«Twitter»də son 2 ayda 30 milyon insan qeydiyyatdan keçib

03-11-2010

FarmVille Twitter-i geridə qoydu

04-12-2009

"Twitter" haqqında 10 maraqlı fakt

11-05-2011

Dell Twitter-dən 3 milyon dollar qazanıb

16-06-2009

10 yaşlı Twitter haqqında ən maraqlı məlumatlar

21-03-2016

Azərbaycanda "Twitter"də ən çox izlənilən 10 nəfər - REYTİNQ

02-04-2013

Keçmiş prezidentin bu paylaşımı Twitter-də rekord qırdı

17-08-2017

Ötən ay DSMF-də 47 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

27-03-2025

DSMF: Dekabr ayında 41 mindən çox vətəndaş müraciəti cavablandırılıb

09-01-2025

Məşhur müğənninin Twitter hesabı ələ keçirilib

31-05-2016

11 il ərzində robotlar 20 milyon nəfəri işsiz qoyacaq

27-06-2019

Twitter-in şəffaflıq hesabatı yayımlandı

14-08-2015

Twitter-ə 54 minə yaxın cərimə tətbiq olundu

11-12-2015

Twitter-in gəlirləri azalıb

27-04-2016

Atatürk Eminemi geridə qoydu

16-10-2010

Facebook-da Azərbaycanlıların sayı 400 mini keçib

01-07-2011

Gömrük Komitəsinin elektron xidmətlərindən istifadə sayı 11 milyona çatıb

23-12-2021

Azərbaycan Prezidentinin internetdə fəaliyyətini əks etdirən resursların statistikası açıqlanıb

19-03-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə