"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, bu gün səhər saatlarında Bakı vaxtı ilə, 10:07 radələrində Twitter mikrobloqlar şəbəkəsində qeydə alınan nasazlıq Azərbaycan seqmenti ilə əlaqəli deyil".
Xeberler.az-ın məlumatına görə, bu barədə Nazirlik məlumat yayıb.
Qeyd edilib ki, sosial şəbəkədə yaranan nasazlıq qlobal xarakter daşıyıb və dünyanın bir çox ölkələrini əhatə edib:
"www.twitter.com saytında qeydə alınan texniki fasilə ilə bağlı ayrı-ayrı ölkələrin istifadəçiləri tərəfindən yaradılmış hashtag-lar top trend olub. Twitter-in istifadəçiləri sosial şəbəkənin işində kəsinti olduğu haqda məlumatları paylaşmaqda davam edir.Məlumata görə, istifadəçilər mikrobloqlar xidmətinin heç bir səhifəsini aça bilmirlər. Saat 10:15-dən etibarən xidmət yenidən əlçatan olub. Twitter rəhbərliyi bu barədə hələ ki heç bir məlumat verməyib".
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri