Previous Next
Bağla

Xocalı soyqırımı mövzusu Twitterdə birinci oldu

28-02-2015 17:02
Xocalı soyqırımı mövzusu Twitterdə birinci oldu

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində həm Azərbaycanda, həm də bütün dünyada keçirilən çoxsaylı tədbirlər ətrafında aparılan müzakirələr Twitter mikrobloqunun tematikasına əhəmiyyətli dərəcədə təsir edib. 

Xeberler.az -ın “AzərTAc"-a istinadən verdiyi xəbərə görə, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, fevralın 26-da saat 15:00-18:00 radələrində Xocalı soyqırımı Twitter-də ən çox münasibət bildirilən və paylaşılan mövzu olub və Twitter Top Trendində birinci yeri tutub.
Bu isə onu deməyə əsas verir ki, milyonlarla Twitter istifadəçisi bu faciəyə öz münasibətini bildirib. “Retwit”lərin sayına görə də Xocalı soyqırımı mövzusu rekord həddə çatıb.

 Əvvəlki illərdə sosial şəbəkələrdə Xocalı soyqırımı mövzusuna münasibət bildirən şəxslər əsasən Azərbaycan və Türkiyə vətəndaşları, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar və türklər olmuşdular.
Bu il isə Twitter istifadəçilərinin əhəmiyyətli hissəsi, müxtəlif ölkələrin vətəndaşları mövzu ətrafında xüsusi fəallıq nümayiş etdiriblər. Xocalı soyqırımına münasibətə gəldikdə, Twitter istifadəçiləri soyqırımı faktını və ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri kəskin şəkildə qınayıblar.
Bir çox rəylərdə soyqırımının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınması, ona hüquqi qiymətin verilməsi məsələsi qabardılıb. Soyqırımı qurbanlarına dair vizual görüntülərin intensiv şəkildə paylaşılması da müşahidə olunub.

 Diqqəti çəkən xüsusi məqamlardan biri kimi ictimai-siyasi xadimlərin, siyasətçilərin, ekspert və politoloqların, ayrı-ayrı sahələr üzrə tanınmış şəxslərin müzakirələrdə fəal iştirakını qeyd etmək olar. Araşdırma nəticəsində müəyyən edilib ki, “Xocalıya ədalət!” kampaniyası Twitter dünya trendində geniş rezonans doğurub, yerli trenddə isə lider mövzu olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Xocalıya ədalət” kampaniyasının yeni saytı istifadəyə verilib

25-02-2016

Xocalı soyqırımı internetdə

26-02-2012

Xocalı soyqırımının törədilməsindən 25 il ötür

26-02-2017

Xocalı soyqırımından 26 il ötür

26-02-2018

Ermənilərin Xocalı soyqırımını törətməsindən 27 il ötür

26-02-2019

RİNN-in kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

26-02-2025

Xocalı soyqırımının törədilməsindən 24 il ötür

26-02-2016

“Xocalıya ədalət” beynəlxalq kampaniyasının on-line aksiyasına start verilib

15-12-2010

Xocalı soyqırımından 31 il ötür

26-02-2023

Xocalı soyqırımından 29 il ötür

26-02-2021

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

26-02-2024

Xocalı faciəsinə həsr olunmuş saytın təqdimatı keçirilib

24-02-2009

Xocalı soyqırımının 33 il dönümüdür

26-02-2025

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2025

RİNN-in kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

26-02-2026

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2026

“Xocalıya ədalət” kampaniyasının Facebook səhifəsində yeni qlobal kampaniyaya start verilib

01-10-2010

“Xocalı soyqırımı rabitəçilərin yaddaşında” adlı kitab işıq üzü görüb

26-02-2009

İndoneziyada Xocalı soyqırımını əks etdirən poçt markası buraxılıb

25-02-2020

Xocalı soyqırımından 30 il ötür

26-02-2022

Xocalı soyqırımından 34 il ötür

26-02-2026

“Twitter-dəki problem Azərbaycan seqmenti ilə əlaqəli olmayıb”

07-11-2016

Prezident Xocalı abidəsini ziyarət edib

26-02-2018

Xocalı soyqırımından 28 il ötür

26-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə