Twitter platforma daxilində satın alınacaq məhsulla əlaqədar detallı məlumatları eynilə e-ticarət saytlarındakı vəziyyətə gətirmək istəyir.
Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna görə də Twitter artıq yeni məhsulların və yeni məkanların kəşfinə istiqamətli ayrı-ayrı məhsul və kolleksiya səhifələrinin bundan sonra Twitter-də yer alacağını və yeni məhsulun testlərinə başlayacağını bildirib. Yəni artıq "Satın Al" düyməsi olan tweetlər sadə bir tweet kimi deyil, daha professional, məhsulla əlaqədar detalları da özündə əks etdirən və bir az daha vizual olan məhsul səhifələrinə daşınır. Qısa bir tweetlə deyil, artıq quruluşu bir az daha fərqliləşmiş bir məhsul səhifəsi ilə qarşı-qarşıya qalacağıq.
Bu funksiyanın testlərin tamamlanmasından sonra bütün istifadəçilərə açıq olması gözlənilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları