“Twitter” yeniləndi

17-09-2010 / 07:23

İstifadəçilərin rahatlığı üçün “sonsuz” fırlatma mexanizmi tətbiq olunub

İnternetin ən iri mikrobloq servisi olan “Twitter” sosial şəbəkəsinin yenilənmiş versiyası təqdim olunub.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bəzi ənənəvi bölmələr indi bir qədər fərqli yerləşdirilib.

Bundan əlavə, buraya yeni funksiyalar da əlavə olunub. Yenilənmiş versiyada istifadəçinin ismarıcları lenti üzərində axtarış (Searches), qeydiyyat siyahıları (Lists), retvit (Retweets – digər bloqerin yazılarının istifadə olunması) və xatırlatma (Mentions) düymələri yerləşdirilib. İstifadəçilərin rahatlığı üçün “sonsuz” fırlatma mexanizmi tətbiq olunub.

Sosial şəbəkədə müəyyən bir ismarıca daxil olduqda sağ hissədə bu yazı haqqında ətraflı məlumat təqdim olunan ayrıca kontekst panel açılır.
Yeni versiyada ismarıclara inteqrasiya olunan video-çarx və fotoşəkillərə baxma imkanı da təkmilləşdirilib. Bilavasitə sayt vasitəsilə “YouTube”, “Vimeo”, “Ustream” və “Justin.tv” kimi portallardan videoya baxmaq mümkündür. Yeni “Twitter”də “Flickr”, “TwitPic” servislərindən və digər resurslardan fotoşəkillər də təsvir oluna bilər.

Sosial şəbəkənin tərtibatçılarının sözlərinə görə, yenilənmiş versiya bir neçə həftə ərzində istifadəçilərin ixtiyarına veriləcək. Əvvəlcə köhnə və yeni versiyalar arasında keçid aparmaq mümkün olacaq, sonra isə bütün istifadəçilərin yeni versiyaya keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Twitter” internetin ən populyar mikrobloq servisidir. Saytın aylıq istifadəçi auditoriyası 190 milyon nəfəri keçir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə