Previous Next
Bağla

Uber-in Azərbaycan fəaliyyəti və vergi məsələləri

24-07-2015 14:21
Uber-in Azərbaycan fəaliyyəti və vergi məsələləri

Azərbaycanda sosial mediada ən çox müzakirə olunan  taksi xidməti -Uber tətbiqetməsi barədə  uzun müddətdir ki araşdırma aparıram.

Məlumat üçün bildirim ki, Uber proqramının Azərbaycan nümayəndəliyi Dəmirçi Tower-də yerləşən “Uber Azerbaijan MMC”-dir.  Nümayəndəliyin maliyyə və hüquqi xidmətlərini yerli konsaltinq bir şirkətdən alırlar. Dəmirçidəki ofisdən isə əməliyyat və marketinq fəaliyyətlərini həyata keçirirlər.

Qeyd edim ki, Nümayəndəlik  taksiçilərlə  müqaviləni buradakı MMC-lərinin hesablaşma hesabı ilə  deyil, offshore-dəki şirkətləri ilə bağlayırlar. Bütün maliyyə proseslərini  isə (kartdan pul çəkmə, taksiçilərə ödəmələr, marketinq ödəmələri) offshore üstündən aparırlar.

Dövlət qanunverciliyinə əsasən, Azərbaycanda fəaliyyət göstərən hər bir şirkət ödəmələri Azərbaycan bankları üstündən almaq və göndərmək məcburiyyətindədir.  

Bu problem  Türkiyədə yaşanmışdı.  Belə ki, Türkiyə Vergilər Nazirliyi və Bankalar Birliyi Uberin Türkiyə kartlarından pul çəkməsinə qadağa qoymuşdu. Son vaxtlara qədər Uber İstanbulda ancaq nağd ödənişlər qəbul edirdi. Daha sonra Uber idarəçiləri Türkiyəyə gələrək bu məsələni qanunlar çərçivəsində həll edib pulları BKM üstündən çəkməyə başlamışdır.

Azərbaycandakı vəziyyətinə qayıtsaq, bildiyiniz kimi ölkəmizdə bir neçə virtual “ödəmə prosessinq şirkəti” var. Bəlkə API mövzularında kifayət qədər inkişaf etməyə bilərlər. Ancaq “Uber Azerbaijan MMC”-yə konsaltinq xidməti verən şirkət Uber-in baş ofislərini məlumatlandırmayıb ki, bu açıq açıq qanun pozuntusudur ?

Ayrıca taksi xidməti göstərən  hər bir şirkət Nəqliyyat Nazirliyindən xüsusi lisenziya almalıdır. 189, Dost-Taksi və  buna bənzər bir neçə şirkətlərdə həmin lisenziya var…

Bildiyiniz kimi bugün Uber öz proqram təminatı üzərindən dondurma satır. Bu mövzuya hələ toxunmuram. Gələcəkdə bu haqda yazacam. Çünkü işin içində qiymətləri baha olsada fəaliyyətini çox bəyəndiyim Mado var.

 

Nicat Manafov

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Fransa Uber-ə 1.2 milyon avro cəza kəsdi

Fransa Uber-ə 1.2 milyon avro cəza kəsdi

28-01-2016
Uber şirkətinin iki rəhbəri polis tərəfindən saxlanılıb

Uber şirkətinin iki rəhbəri polis tərəfindən saxlanılıb

30-06-2015
Uber Bakıdakı fəaliyyətini dayandırır?

Uber Bakıdakı fəaliyyətini dayandırır?

11-02-2016
Google sürücüsüz avtomobil şirkəti Uber-ə qarşı

Google sürücüsüz avtomobil şirkəti Uber-ə qarşı

05-02-2015
Uber Çin bazarındakı fəaliyyətini dayandırır?

Uber Çin bazarındakı fəaliyyətini dayandırır?

01-08-2016
Uber-dən  istifadə qadağan ediləcək

Uber-dən istifadə qadağan ediləcək

01-10-2015
Uber taksi xidməti bu ölkədə ləğv edilə bilər

Uber taksi xidməti bu ölkədə ləğv edilə bilər

31-05-2018
Sürücüsüz taksilər dövrü başlayır

Sürücüsüz taksilər dövrü başlayır

01-02-2017
Uber-in vergiyə cəlb edilməsinə dair iclas keçirilib

Uber-in vergiyə cəlb edilməsinə dair iclas keçirilib

17-10-2017
ABŞ korporasiyası Uber-ə investisiya yatırıb

ABŞ korporasiyası Uber-ə investisiya yatırıb

04-08-2015
Uber-dən daha bir yenilik

Uber-dən daha bir yenilik

18-01-2016
Uber loqosunu dəyişdi- Fotolar

Uber loqosunu dəyişdi- Fotolar

03-02-2016
“Hər gün 5 milyondan çox Uber səyahəti gerçəkləşir”

“Hər gün 5 milyondan çox Uber səyahəti gerçəkləşir”

19-10-2016
Makronla “Uber” şirkəti arasında gizli sövdələşmə olduğu üzə çıxıb

Makronla “Uber” şirkəti arasında gizli sövdələşmə olduğu üzə çıxıb

18-07-2023
 “PAŞA Holdinq” taksi bazarına da daxil olur-ŞƏRH

“PAŞA Holdinq” taksi bazarına da daxil olur-ŞƏRH

03-05-2023
Uber-lə helikopter də sifariş etmək mümkün olacaq

Uber-lə helikopter də sifariş etmək mümkün olacaq

19-01-2016
Uber-in icraçı direktoru istefa verdi

Uber-in icraçı direktoru istefa verdi

21-06-2017
Uber artıq səmada da fəaliyyət göstərəcək

Uber artıq səmada da fəaliyyət göstərəcək

14-05-2015
“Uber yeni xəbərlərlə istifadəçilərini sevindirəcək”

“Uber yeni xəbərlərlə istifadəçilərini sevindirəcək”

05-11-2015
Uber 1 milyard dollarlıq investisiya almağa hazırlaşır

Uber 1 milyard dollarlıq investisiya almağa hazırlaşır

25-10-2015
 Uber-in rəqibi Ola 500 milyon dollar investisiya aldı

Uber-in rəqibi Ola 500 milyon dollar investisiya aldı

18-11-2015
Niderland “Uber”i 290 milyon avro cərimələyib

Niderland “Uber”i 290 milyon avro cərimələyib

26-08-2024
Bakıda Uber xidməti fəaliyyətə başladı

Bakıda Uber xidməti fəaliyyətə başladı

23-04-2015
Bakının UBER-lərinə pulsuz Wi-Fi quraşdırılıb

Bakının UBER-lərinə pulsuz Wi-Fi quraşdırılıb

26-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə