Uber taksi xidməti bu ölkədə ləğv edilə bilər

31-05-2018 / 15:55

Bildiyimiz kimi Uber dünyanın ən böyük onlayn taksi sifarişi xidmətidir. Çox ölkədə olduğu kimi Türkiyyədə də sevilir və istifadə olunur.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, son günlər Türkiyyədə digər taksi sürücüləri tərəfindən fəaliyyəti istənilməyən Uber bir çox çətinliklərlə qarşılaşıb və fəaliyyəti tamamilə ləğv edilmə təhlükəsi ilə üz-üzədir.

Belə ki, yeni qanuna əsasən , Uber taksi sürücüləri əvvəlcə pul cəzası ilə, daha sonra isə sənədlərinin ləğv edilməsi ilə üzləşdi. Şirkət üçün işləyən taksi sürücüləri əgər ikinci dəfə polis tərəfındən saxlanılarsa, icazə sənədləri olan (D2) ləğv ediləcək və həmin şəxslər iki il müddətinə sürücülük hüququndan məhrum olunacaqlar.

Mövzuyla əlaqədar açıqlama verən İstanbul "Taksicilər Esnaf Odası Başkanı" -Eyüp Aksu da tənzimləməni müsbət qiymətləndirdikərini və an etibarı ilə Uber-in ölkədən çıxarıldığını bəyan edib: "Əgər bu şirkətə məxsus taksilər fəaliyyətini davam etdirərsə , 50 bal cərimə olunacaq və 3006 manat pul cəzası alacaqlar. Yuxarıda qeyd etdiyimiz kimi, polis ikinci dəfə sürücünü tutarsa, nə olursa olsun, şirkətin bütün avtomobil sənədləri ləğv olunacaq. Gün etibarı ilə Uber-in fəaliyyəti ölkəmizdən qaldırılıb."

Qeyd edək ki, Uber sürücüləri hələ rəsmi bir quruma sahib olmadığı üçün, Türkiyyənin Nəqliyyat və Turizm Xidmətləri Dərnəyinə bağlı vəziyyətdədirlər. Uber sürücülərini təmsil edən Ersin Kula mövzu ilə bağlı açıqlamasında bildirib: "D2 sənədi ilə əlaqədar edilən dəyişikliyin bizi əhatə etmədiyini düşünürük. Bu dəyişiklik daha çox şəhərlərarası hərəkət edən turizm firmalarına şamil olunacaq. Ancaq hələ tətbiqini görmədiyimiz üçün gərginik."

Ersin Kula həmçinin öz açıqlamasında polislərin cəriməsini məhkəmə müraciəti ilə ləğv etdiklərini də vurğulayıb: "İstanbulda mövcud taksi nömrəli bir çox şəbəkə var ki, bu da sürücülərimizə zərbə vurdu. Dövlət bu şəbəkəyə təslim olmamalıdır. Bu dəyişikliyə üsyan edirik. Biz də tənzimləmənin ləğvi üçün müraciət edəcəyik. Bundan başqa biz şəhər içində D2 sənədindən çox İstanbul Böyükşəhər Bələdiyyəsinin verdiyi turizm icazə sənədindən istifadə edirik. Polislər, Uber sürücülərini saxladıqlarında bu sənədlərə baxmadan cərimə edir ki, daha sonra onlar məhkəmə yolu ilə ləğv edilir."

Qeyd edək ki, hal-hazırda Türkiyyədə Uber ilə bağlı müzakirələr sürətlə davam edir. Məsələyə məhkəmə tərəfindən 4 iyul tarixində yenidən baxılacaq.

Eyüp Aksu, məhkəmədən müsbət bir qərarla dönmək istədiklərini ifadə edərək, Uberin fəaliyyətinin kökündən həll olunaraq, şirkətin bağlanacağına ümid etdiyinidə gizlətməyib.

Baba-zadə Sevinc


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə