Çində OLED-displeylərin istehsalı təşkil olunub

13-10-2008 / 19:20

Çinin Tsinghua University universiteti və ekran istehsalçısı Visionox şirkəti Çində ilk OLED-displey (Organic Light Emitting Diode, OLED – işıq saçan üzvi diodlar) zavodunun fəaliyyətə başlamasını elan ediblər.
Zavodda əsasən mobil qurğular (məsələn, mobil telefonlar və GPS-naviqatorlar) üçün nəzərdə tutulmuş kiçik OLED-ekranlar istehsal olunacaq. İstehsalata  73 milyon ABŞ dolları məbləğində investisiya ayrılıb.
Həmin müəssisənin istehsalat həcmi ildə 12 milyon ekran təşkil edəcək. Gələn ilin ikinci yarısında Visionox Çində OLED-ekranların istehsalı ilə məşğul olacaq ikinci zavodun açılmasını planlaşdırır.
Qeyd edək ki, bundan əvvəl OLED-displeylər yalnız Yaponiya və Cənubi Koreyada istehsal olunurdu.
OLED-displeylərin əsasını elektrik cərəyan təsiri altında işıq saçan üzvi diodlar təşkil edir. Maye kristal panellərdən fərqli olaraq OLED-panellərdə aşağıdan işıqlandırma lampalarına ehtiyac olmur, və nəticədə bu cür panellər təqribən bir neçə millimetrədək daha nazik alınır.

Xbərlər.az./Ələkbər
 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə