Previous Next
Bağla

Smartfonların satışı tarixdə ilk dəfə azalıb

24-02-2018 11:27
Smartfonların satışı tarixdə ilk dəfə azalıb

Gartner analitik şirkəti satılan smartfonların sayının 2004-cü ildən ilk dəfə azalmasını açıqlayıb.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, 2017-ci ilin dördüncü rübündə dünyada təxminən 408 milyon qurğu satılıb.

Bu, bir il əvvəlin analoji dövründən 5,6 faiz azdır. Əvvəllər belə hal qeydə alınmayıb.
 
Məlumata görə, azalmaya üç amil səbəb olub. Birincisi, adi telefonları smartfonlara dəyişən insanların sayı azalıb, çünki ucuz telefonların keyfiyyəti aşağı düşüb. İstifadəçiləri bu addımı atmağa Çin qurğuları, eləcə də saxta və ucuz Samsung qurğuları məcbur edib.

Nəticədə onlar keyfiyyətsiz smartfon əvəzinə, keyfiyyətli və klassik telefona üstünlük verməyə başlayıblar. İkincisi, əksər insanlar iPhone kimi bahalı qurğular alır və uzun müddət onları dəyişmirlər, çünki onların normal işləməsinə görə əvəzlənməyə ehtiyac qalmır. Üçüncüsü, istifadəçilər hələ də keyfiyyətli kameraya malik və 4G şəbəkəsini dəstəkləyən qurğuları böyük həvəslə alırlar və onları müasir modellərdə cüzi dəyişikliklər maraqlandırmır.
 
Bildirilir ki, dördüncü rübdə Samsung smartfonlarının satışında 3.6 faiz azalma qeydə alınıb. Buna baxmayaraq Cənubi Koreya şirkəti satılan qurğuların sayına görə liderliyini davam etdirir.
 
Apple şirkəti cüzi fərqlə Cənubi Koreya istehsalçısından geri qalır. ABŞ şirkətinin geriliyinə səbəb kimi ucuz smartfonların olmaması və iPhone X smartfonlarının satışına gec başlanılması göstərilir. Yeni smartfonun istehsalında dekabrda həll olunan problemlər də öz rolunu oynayıb.
 
Eyni zamanda Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların sayında 1,1 faiz artım qeydə alınıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015

Smartfonların satışı 7 faiz artıb

23-08-2017

Ən çox satılan smartfonlar

04-10-2017

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015

İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

29-05-2015

Smartfonların satış həcmi artıb

19-11-2015

“Android” sistemli smartfonların bazar payı 81 faizə çatıb

31-10-2013

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015

Mobil telefonlar bazarında artım müşahidə olunur

29-04-2015

“Samsung”un “Android” sistemli smartfonlar bazarında payı 63 faizə çatıb

13-11-2013

2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

11-02-2011

"Apple" şirkəti rekord vurub

23-07-2010

Elektrikli avtomobillərin satışı 59 faiz artıb

17-05-2018

Dünya smartfon bazarında hansı şirkət daha çox gəlir əldə edir?

19-11-2015

337,2 milyon smartfon tədarük edilib

24-07-2015

Planşetlərin tədarükü 11,7 faiz azalıb

08-05-2018

Yeni il üçün ən çox arzulanan smartfon məlum olub

29-12-2016

“Samsung”un rüblük əməliyyat mənfəəti 56 faiz azalıb

08-07-2025

Smartfonların satışı azalacaq

09-09-2015

Samsung Electronics-in gəlirləri azalıb

30-07-2015

İki SİM-kartlı smartfonların satışı yarım milyardı ötəcək

21-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə