ULTRA şirkəti “İOMEGA” şirkətinin Azərbaycanda rəsmi distribütorluq statusunu əldə edib

31-03-2010 / 19:39

Azərbaycanın ən böyük İT şirkətlərindən biri olan ULTRA Computers şirkəti daim innovasiya göstərir. Şirkət distribusiya sahəsində yeni irəliləyiş mərhələsindədir. Şirkət beynəlxalq tərəfdaşlarının siyahısına daha bir tərəfdaş əlavə etmişdir.

ULTRA şirkəti EMC korporasiyasının tərkibində olan “İOMEGA” şirkətinin Azərbaycanda rəsmi distribütoru olmuşdur. İOMEGA şirkəti innovativ saxlama avadanlıqları və kiçik biznes, ev ofisi və digər istehlakçıların təlabatını ödəyən şəbəkə həlləri üzrə sərt disklər, multimediya avadanlılarının istehsalı üzrə beynəlxalq lider şirkətlərdən biridir. Şirkət 1980-ci ildən bəri 410 milyondan çox  rəqəmsal saxlama diskləri və sərt diskləri satmışdır. Hal-hazırda İOMEGA şirkəti multimediya avadanlıqlar, rəqəmsal daşıyıcı disklər, eksternal disklər və interaktiv multimediya saxlayıcıları istehsal edir.

Artıq ULTRA şirkəti İOMEGA korporasiyasının məhsullarını Azərbaycan istehlakçılarına təqdim etmək iqtidarındadır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə