“ULTRA” şirkəti 2008-2012-ci illər üçün Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycan Respublikası Dövlət Proqramının icrası ilə məşğul olan şirkətlərdən biri olaraq "e-Təhsil" layihəsinin 3D maarifləndirici filmini ictimaiyyətin ixtiyarına verib.
Mak.az-ın məlumatına görə filmdə əsasən “e-Təhsil”in məktəblilərə, müəlllimlərə, tələbələr və valideynlərə göstərilən xidmətin təsviri göstərilmişdir. Bundan başqa animasiyalı filmdə Azərbaycan Respublikasının Təhsil Portalı, Məlumat və Resurs Mərkəzinin iş fəaliyyəti də təsvir olunmuşdur. 3D filmin tam sujetinin ideyası “ULTRA” şirkəti tərəfindən irəli sürülüb.
Məlumat üçün bildirək ki, “e-Təhsil” layihəsi Təhsilin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi, ULTRA, AzEdunet, İntel, Mədəd, Microsoft, HP və Siveco şirkətlərinin konsorsiumu ilə hazırlanmış və idarə edilməkdədir.
“ULTRA” Şirkəti 1999-cu ildə yaradılmışdır. İllər ərzində bir çox dünya texnoloji markaların Azərbaycanda rəsmi distribütorluğunu almışdır. İntel Koorporasiyasının ən yüksək statusunu qazanmış yerli İT şirkətdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri