Previous Next
Bağla

Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

03-10-2024 12:01
Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək
"Azərbaycanın startap və innovasiya sahəsində beynəlxalq reytinqlərdə gerilədiyi bir zamanda yeni bir İnnovasiya Mərkəzinin fəaliyyətə başlaması diqqət cəlb edəndir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz İnnovasiya Mərkəzinin istifadəyə verilməsini şərh edərkən deyib.
 
Osman Gündüzün sözlərinə görə, uzun müddətdən bəri gözlənilirdi və müzakirə olunurdu ki, RİNN, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bir İnnovasiya Mərkəzi istifadəyə verəcək:
 
"Ötən gün bu tədbir baş tutsa da, əslində ekosistem iştirakçıları arasında müzakirə olunan bir Mərkəzlə deyil, bir qədər fərqli məkanla rastlaşdıq. İndiyədək bu istiqamətdə olan müzakirələr və mesajları nəzərə alsaq daha fərqli bir məkanla rastlaşacağımızı gözləyirdik".
 
Ekspert bildirib ki, açılış məraisimində çıxış edən rəsmilər görünür ki, bu tip sualların ola biləcəyini nəzərə alaraq yaxın zamanlarda bu tip daha böyük bir İnnovasiya Mərkəzinin də istifadəyə veriləcəyini bildirdilər. Regionlarda, digər şəhərlərimizdə də bu tip mərkəzlərin yaradılması planlaşdırılıb:
 
"İstənilən halda, Azərbaycanın startap və innovasiya ilə bağlı beynəlxalq reytinqlərdə çox aşağı yerlərdə oturuşduğu bir zamanda İRİA-nın partnyorlarla birgə Azərbaycan İnnovasiya Mərkəzi kimi bir ekosistem oyunçusunu formalaşdırması çox əhəmiyyətlidir və təqdirəlayiqdir".
 
Osman Gündüz qeyd edib ki, Azərbaycan İnnovasiya Mərkəzidən gözləntilər çoxdur:
 
"Ekosistemi canlandırmaq lazımdır. Sektorda problemlərimiz daha çoxdur. Dünyada, region ölkələrində bu istiqamətdə daha ciddi irəliləyişlər, bu sektora daha böyük yatırımlar müşahidə olunur. İRİA, KOBİA, ASAN və bu sahədə çalışan özəl qurumlarımız birgə səylərini gücləndirməlidirlər. Azərbaycan İnnovasiya Mərkəzi ekosistemin oyunçularını, maraqlı tərəfləri, xarici şirkətləri və tərəfdaşları bir araya gətirən, şəbəkələşməyə şərait yaradan, yeni tərəfdaşlar əldə etməyə imkan verən bir Mərkəzə çevrilməlidir. İlkin inkişaf dövrünə qədəm qoyan startapların dəstəklənməsinə, onların investisiya əlçatanlığına daha ciddi diqqət yetirilməlidir".
 
Son olaraq Osman Gündüz ümid edir ki, Azərbaycan İnnovasiya Mərkəzi ölkədə innovasiya və startap ekosisteminin bütün maraqlı tərəflərini birləşdirən güclü bir innovativ mərkəzə çevriləcək.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025
Azərbaycanda neçə startap var?

Azərbaycanda neçə startap var?

13-03-2024
Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

10-01-2025
Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022
İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

18-12-2025
Samir Məmmədov: Bakı ilə yanaşı Sumqayıt və Gəncədə də innovasiya mərkəzləri yaradılacaq

Samir Məmmədov: Bakı ilə yanaşı Sumqayıt və Gəncədə də innovasiya mərkəzləri yaradılacaq

02-10-2024
Gələn il Azərbaycanın 3 regionunda İnnovasiya Mərkəzi fəaliyyətə başlayacaq

Gələn il Azərbaycanın 3 regionunda İnnovasiya Mərkəzi fəaliyyətə başlayacaq

01-12-2023
Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

23-08-2019
10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

28-11-2022
İRİA: "Bu günədək 600-dən çox startap proqramlarımızdan keçib"

İRİA: "Bu günədək 600-dən çox startap proqramlarımızdan keçib"

05-12-2025
Azərbaycan İnnovasiya Mərkəzi açılıb

Azərbaycan İnnovasiya Mərkəzi açılıb

02-10-2024
“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026
Nazir müavini: Üç ildə İRİA tərəfindən 600-dən çox startap dəstəklənib

Nazir müavini: Üç ildə İRİA tərəfindən 600-dən çox startap dəstəklənib

20-08-2025
İRİA nümayəndəsi: İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

İRİA nümayəndəsi: İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

13-12-2024
İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

02-06-2026
İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025
Ekspert: “Üç qurum bir araya gələrək yol xəritəsi hazırlamalıdır”

Ekspert: “Üç qurum bir araya gələrək yol xəritəsi hazırlamalıdır”

17-03-2021
İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025
Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

22-09-2025
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

05-12-2025
Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

11-11-2022
 İnnovasiya Sammiti necə keçib?- RƏY

İnnovasiya Sammiti necə keçib?- RƏY

14-12-2022
Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

05-02-2025
Gəncə İnnovasiya Mərkəzi bu ilin sonuna qədər açılacaq

Gəncə İnnovasiya Mərkəzi bu ilin sonuna qədər açılacaq

08-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə