Previous Next
Bağla

İnnovasiya Sammiti necə keçib?- RƏY

14-12-2022 16:31
 İnnovasiya Sammiti necə keçib?- RƏY
Məlumat verdiyimiz kimi, bu il nüfuzlu "Qlobal İnnovasiyalar İndeksi 2022” reytinqində Azərbaycan innovasiyaların səviyyəsinə görə 13 pillə geriləmişdi.
Belə bir vəziyyətdə, Paşa Holding və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan İllik İnnovasiya Sammiti 2022 diqqət cəlb edirdi.
 
"Tədbirdən ciddi gözləntilər vardı. Həm də nəzərə alsaq ki, bu tədbirdə iki nazir real olaraq və bir nazir də virtual olaraq iştirak edirdi. Sammitdə diqqətimi cəlb edən o oldu ki, adı çəkilən Agentliyin sədr əvəzi də çıxışına innovasiyalar sahəsində geriləməyimizi qeyd etməklə başladı. Görünür qurum, Nazirlik baş verənlərin fərqindədir".
 
Bunu Xeberler.az-a Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz sammiti şərh edərkən deyib.
 
Onun sözlərinə görə, sammitdəki çıxışlarında Nazirlər Rəşad Nəbiyev və Mikayıl Cabbarov innovasiya ekosistemin inkişafına dəstək veriləcəyini açıqlasalar da, yeni mesajlar gözə dəymədi.
 
"Düşünürəm ki, sektorda tənzimləyici strukturların formalaşdığı, konkret səlahiyyətli qurumların müəyyən olunduğu, özəl sektor üçün ciddi dəstək olarsa daha sürətli inkişaf üçün güclü potensial olduğu, beynəlxalq hesabatda 13 pillə gerilədiyimiz indiki şəraitdə inkişafa yönəlik daha ciddi qərarlara ehtiyac var. İnnovasiya ekosisteminin qurulmasına dəstək məqsədilə təşkil olunan bu faydalı tədbirdə maraqlı tərəflərin iştirakı təmin olunmuşdu, təşkilatçılıq yetərincə yaxşı təşkil olunmuşdu. Bununla belə düşünürəm ki, 2 nazirin real olaraq və bir nazirin virtual olaraq qoşulduğu bir sammitdə gözləntilər daha çox idi",-deyə ekspert vurğulayıb.
 
Osman Gündüz onu da bildirib ki, sammitdəki çıxışından bir neçə saat sonra nazir Rəşad Nəbiyev artıq Türkmənistanda Türk dövlətləri nazirlərinin bir toplantısında da iştirak və çıxış edib:
 
"Görünür ki, Nazirimiz yetərincə dinamikdir. Nazirliyin səlahiyyətləri da getdikcə artır. Tabeli qurumlar da ləng olsa da getdikcə formalaşır. Ölkə üzrə fiber optik infrastrukturla bağlı ciddi addımlar atılır. Gözləntilər çoxdur. Ümid edirəm və inanıram ki, qısa zamanda innovasiya və rəqəmsal sektorda son illərdə müşahidə olunan ləngimələr sürətli inkişafla əvəzlənəcək.
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda İnnovasiya Sammiti keçirilib

18-12-2021

Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

11-11-2022

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022

Ənənəvi innovasiya sammitinə az qalıb, sektorda vəziyyət necədir ?

27-11-2023

Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

03-10-2024

Rəşad Nəbiyev: “İnnovativ inkişafa nail olmaqda dövlət mühüm rol oynayır”

13-12-2022

Ekspert: “Üç qurum bir araya gələrək yol xəritəsi hazırlamalıdır”

17-03-2021

Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

25-02-2023

Osman Gündüz: Bəzən söz sahiblərinin çıxışlarını anlamaq çətin olur

30-10-2024

Azərbaycanda neçə startap var?

13-03-2024

Rəşad Xalıqova yeni vəzifə verilib

20-02-2026

Dövlət Agentliyinin nümayəndəsi beynəlxalq sammitdə iştirak edib

24-02-2022

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022

Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

18-09-2024

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025

Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

23-08-2019

ASAN-ın mükafatı, Azərbaycanın startap ekosisteminin real vəziyyəti və gözləntilər haqqında

11-01-2024

Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024

NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

26-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə