Previous Next
Bağla

Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

05-02-2025 08:36
Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb
"İnnovasiya” İşçi qrupu 2024-cü ilin nəticələrini müzakirə ediblər.
 
Qeyd edək ki, Qlobal İnnovasiya İndeksində ötən il Azərbaycan dünya ölkələri arasında ən aşağı yerləri qazanıb.
 
Xeberler.az bildirir ki, bu məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspert qeyd edib ki, bu işçi qrup “ 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirləri icra etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirmək məqsədilə yaradılan 8 İşçi qrupundan biridir:
 
"Xüsusi bir qrupdur. Ölkədə innovasiya iyi toxunan bütün sahələrin məsul şəxsləri burada təmsil olunur. 60-dək dövlət qurumu təmsil olunur burada.
 
Hazırda bu qrupa Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov rəhbərlik edir".
 
Görəsən sektorda vəziyyət necədir?
 
Osman Gündüzün sözlərinə görə, Strategiyanın innovasiya ilə əlaqəli bəndlərinin böyük əksəriyyəti hələlik reallaşmayıb:
 
""Abşeron vadisi", nəhəng klasterlərin yaradılması qalsın bir kənara, hətta ən adi bəndləri yerinə yetirə bilməmişik.
 
Cəmi 10 bəndlik bir vençur maliyyələşmə ilə bağlı qanun layihəsini qəbul edə bilməmişik. Axtarsan ən azı 3 mərkəzi qurumda bunun layihəsi "yatır" .
 
Hansısa qısqanclıqlar, mənasız səlahiyyət çəkişmələri hələlik belə bir vacib qanunun qəbuluna imkan verməyib".
 
Ekspert bildirib ki, qonşu ölkələrdə onlarla vençur fondlar var, Qazaxıstanda vençur bazarın həcminə heyrətlənməmək mümkün deyil:
 
"Bizim isə RİNN tərəfindən güclə, qanunların "yanından keçib" yaradılan bir ala-babat Caucasus Ventures fondumuz vardı, əsas da xarici startaplara cüzi yatırımlar etmişdi, onu da Mərkəzi Bank hesablarını blokladı ki, maliyyələşmə düz getməyib.
 
Dünyada ən aşağı nəticə əldə etdiyimizdən mənə maraqlı gəlmişdi ki, görən nə danışıblar, nə qərara gəliblər qrupda".
 
Osman Gündüz qeyd edib ki, işçi qrupda cari ilin Hesabatı haqqında nə deyilib, nə yazılıb, məlum deyil:
 
"Qurum ötən ilki innovasiya nəticələrini necə qiymətləndirib, açıqlanan məlumatda bu haqda da heç nə qeyd olunmayıb.
 
Hələlik ötən illə bağlı məlum olan budur ki, innovasiya ilə bağlı qlobal indeksdə, 6 pillə də geriləyərək pis yerdən daha pis yerdə, dünya ölkələri arasında ən axırıncı yerlərdə, 95-ci yerdə qərarlaşmışıq.
 
Potensial imkanlarımıza nəinki uyğun gəlməyən, heç yaxınımızdan belə keçə bilməyən Afrika ölkələri ilə yanaşı düşmüşük bu sıralamada. İndiyədək bu sektorda belə aşağı göstərici olmayıb".
 
Ekspertin sözlərinə görə, innovasiya və startap ekosistem çox sayda dövlət qurumların səlahiyyət çərçivəsindədir:
 
"Qurumun maliyyə resurslarından istifadə qaydalarını Prezident təsdiqləyib. Eyni zamanda Beynəlxalq reytinqlərlə bağlı İnnovasiya işçi qrupunda sektorun inkişafına yönəlik konkret tədbirlər nəzərdə tutulub.
 
Əgər zəruri resurslar ayrılarsa, maraqlı tərəflər cəlb olunsa, yanaşmalar dəyişsə inanıram ki İRİA-nın yeni rəhbərliyi ekosistemin inkişafında ciddi dönüş yarada biləcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

22-09-2025
Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025
Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024
Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

14-04-2022
Ekspert: Yeni qaydalara görə, yeganə vençur fondumuzun bir startapa investisiya yatırması üçün 100 il lazımdır

Ekspert: Yeni qaydalara görə, yeganə vençur fondumuzun bir startapa investisiya yatırması üçün 100 il lazımdır

09-10-2024
Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

10-01-2025
“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025
“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024
Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

03-10-2024
Azərbaycanda neçə startap var?

Azərbaycanda neçə startap var?

13-03-2024
10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

28-11-2022
Ənənəvi innovasiya sammitinə az qalıb, sektorda vəziyyət necədir ?

Ənənəvi innovasiya sammitinə az qalıb, sektorda vəziyyət necədir ?

27-11-2023
“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

21-02-2024
“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025
Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

11-11-2022
Ekspert: İRİA-nın vəsaitindən istifadə qaydaları və sədri dəyişib

Ekspert: İRİA-nın vəsaitindən istifadə qaydaları və sədri dəyişib

16-01-2025
RİNN ötən ilki hesabatını niyə açıqlamır?

RİNN ötən ilki hesabatını niyə açıqlamır?

09-02-2024
Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

16-12-2022
Vençur maliyyələşmə haqqında qanun layihəsi yenidən gündəmdədir - Ekspert

Vençur maliyyələşmə haqqında qanun layihəsi yenidən gündəmdədir - Ekspert

24-07-2025
Adi vətəndaş vençur fonduna yatırım edə bilərmi? Osman Gündüz

Adi vətəndaş vençur fonduna yatırım edə bilərmi? Osman Gündüz

27-10-2025
“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026
Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022
“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

05-09-2025
Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə