Previous Next
Bağla

UNEC-in tələbələri “Technest Demo Day” sertifikatını qazanıblar

16-12-2024 16:55
UNEC-in tələbələri “Technest Demo Day” sertifikatını qazanıblar

UNEC-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ATL Akademiyası ilə birgə reallaşdırdığı “Technest Demo Day” layihəsini uğurla bitirən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, UNEC tələbələrinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının artırılması, onların real təcrübə imkanlarına sahib olması məqsədilə reallaşdırılan layihə çərçivəsində Rəqəmsal İqtisadiyyat fakültəsinin 20 tələbəsinə “Frontend Proqramlaşdırma” və “Android Mobil Proqramlaşdırma” ilə bağlı təlimlər təşkil olunub. Fevral ayından start verilmiş təlimlərin tədris proqramları tələbələrin fənləri ilə inteqrasiya olunmuş şəkildə həyata keçirilib.

Tədbirdə çıxış edən UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Rövnəq Rzayev layihəni yüksək qiymətləndirərək, bu tip təlimlərin tələbələrin praktiki biliklərə yiyələnməsi, real təcrübə qazanması baxımından önəmli olduğunu bildirib.

Fakültə dekanı dosent Elman Cəfərov tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. E.Cəfərov fakültədə tələbələrin təhsil aldıqları ixtisas sahələri üzrə mütəmadi olaraq praktiki təlimlərə cəlb olunduğunu diqqətə çatdıraraq, bu cür təlimlərin davamlı olaraq keçiriləcəyini vurğulayıb.
Sonra ATL Akademiyasının mütəxəssisləri Aydan Həşimova və Şəhriyar Cəbrayıllı çıxış edərək, layihənin məqsədi, gedişatı və tələbələrin hazırlıq prosesi barədə məlumat veriblər.

Tədbirdə “Technest Demo Day” layihəsi çərçivəsində tələbələrin gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub.

Sonda isə təlimi uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC İnnovasiya Həftəsi başa çatıb

28-10-2024

İqtisad Universitetində elektron universitet modeli tətbiq olunur

15-09-2015

“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

04-11-2024

Tələbələrə “Technest” təqaüd proqramı barədə məlumat verilib

23-11-2023

UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə

21-05-2019

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

UNEC tələbələri “Robotex International 2025” yarışında uğur qazanıblar

17-12-2025

“Texnoloji mütəxəssislərə ehtiyac var”

18-02-2016

UNEC-də virtual dekanlıq yaradılıb

04-11-2020

“ATL Akademiya” ADA Universitetinin tələbələrinə güzəştli təhsil imkanı təqdim edir

07-06-2021

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025

UNEC-də “Tələbə-StartUp” müsabiqəsi təşkil olunub

23-12-2025

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025

UNEC tələbələrinin startapları dünyanın nəhəng şirkətlərində qəbul olunub

26-07-2022

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015

“Technest’’ çərçivəsində tələbələrin innovativ layihələrinin təqdimatı keçirilib

09-03-2022

UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb

24-09-2024

UNEC-də Rəqəmsallaşdırma üzrə prorektor vəzifəsi təsis olunub

17-06-2021

AzMİU tələbələri “Microsoft” sertifikatı əldə etmək imkanı qazanıblar

14-02-2025

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

Rəşad Nəbiyev Göyçayda “Technest” təqaüdçüləri ilə görüşüb

06-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə