Previous Next
Bağla

UNEC tələbəsinin startapı ölkə üzrə qalib olub

30-07-2020 12:47
UNEC tələbəsinin startapı ölkə üzrə qalib olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Birləşmiş Krallığın dəstəyilə “British Council” tərəfindən keçirilən “Creative Spark” müsabiqəsində ölkə çempionu olub.

Xeberler.az bildirir ki, onlayn keçirilən yarışda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “Biznesin idarəolunması” ixtisası üzrə 3-cü kurs tələbəsi Məhəmməd Kekalovun “Kekalove adaptive fashion” biznes ideyası həm ölkə (Country champion), həm də “Sosial təsir” kateqoriyası üzrə qalib olub. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynanın təmisl olunduğu biznes yarışının məqsədi Birləşmiş Krallıq da daxil olmaqla, 7 ölkədə sahibkarlıq təhsilini dəstəkləyəcək tərəfdaşlıqların qurulması, biznes mərkəzlərinin yaradılması, o cümlədən gənclər üçün ingilis dili və sahibkarlıq mövzusuna aid təlimlərin keçirilməsidir.

Layihənin tərkib hissəsi olan “Big idea” video yarışında iştirak edən 7 ölkənin ali təhsil müəssisələri tərəfindən 3 kateqoriya üzrə “Rəqəmsal texnologiya” (Digital technology), “Sosial təsir (Social impact) və “Yaradıcı” (Creative) videolar təqdim olunub.

UNEC tələbəsinin “Kekalove adaptive fashion” biznes startapı müsabiqədə “Sosial təsir” kateqoriyasında iştirak edib. Biznes startap əngəlli şəxslərin fiziki məhdudiyyətlərini nəzərə alan xüsusi geyimlər dizayn və istehsal edir. Layihəyə əsasən, əngəlli şəxslərin geyim seçimləri ilə bağlı öncədən sorğu təşkil olunur. Sonra isə onların əngəllərinə uyğunlaşdırılmış adaptiv geyimlər hazırlayır. Dünyada 1 milyarddan çox əngəlli şəxs var ki, onların 190 milyona yaxını gündəlik həyatda geyimlə bağlı ciddi çətinliklərlə üzləşir. UNEC tələbəsinin startapı da məhz bu problemin həllinə yönəlib.

Yarışın növbəti mərhələsində M.Kekalov Azərbaycanı beynəlxalq arenada təmsil edəcək. Məhəmməd Kekalov biznes ideyasının inkişaf etdirilməsində ISE Start-up Klubunun keçirdiyi təlimlərin çox böyük rol oynadığını və ideyanın reallaşdırılmasında müəllimlərinin ona dəstək göstərdiyini bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC tələbəsinin komandası “TEKNOFEST 2024”ün qalibi olub

08-10-2024

UNEC tələbələri Gənc investor 2018 III simulyasiya yarışında ilk üç yerin qalibi oldu

10-12-2018

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qalibləri açıqlandı

22-04-2016

UNEC tələbələri “Robotex International 2025” yarışında uğur qazanıblar

17-12-2025

UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb

24-09-2024

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

02-04-2020

Sosial biznes və sahibkarlıq proqramının final mərhələsi keçirilib.

05-06-2018

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

04-03-2020

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinə başlanıb

10-03-2016

UNEC tələbələrinin startaplara cəlb edilməsi genişləndirilir

16-10-2024

EnterpriseAzerbaijan portalı və Britaniya Şurası “Təlimçiyə Təlim” keçirib

18-02-2020

UNEC-də Startap günləri keçiriləcək

26-04-2019

UNEC-də “Tələbə-StartUp” müsabiqəsi təşkil olunub

23-12-2025

“Big İDEA” adlı ideya və fikir yarışmasına artıq start verilib

18-03-2020

Made in Azerbaijan-3 qalibləri Türkiyənin aparıcı universitetlərində olub

07-06-2018

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

24-03-2020

UNEC-də Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

23-05-2018

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

EnterpriseAzerbaijan.com Böyük Britaniyada təqdim olunur

14-05-2019

İqtisad Universiteti yeni texnoparkla bağlı danışıq aparır

02-10-2015

Sahibkarlığın tədrisi və innovativ təlim üsulları mövzusunda seminar keçirilib

14-02-2019

Tələbələr Startap Günlərinə necə hazırlaşır?-Foto

23-05-2018

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020

UNEC distant təhsilə hazırlaşır

23-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə