Almaniya polisi valideynlərə müraciət edərək onları sosial şəbəkələrdə uşaqlarının fotoşəkillərini dərc etməməyə çağırıb.
"Bu fotoşəkillər sizin üçün əziz ola bilər, lakin gələcəkdə sizin uşağınız onlara görə utanacaq", - polisin məlumatında deyilir.
Xeberler.az xarici mətbuata istinadən bildirir ki, fotoşəkillərdən həmçinin xuliqan və pedofillər tərəfindən istifadə oluna bilər. Bununla rastlaşmamaq üçün valideynlərdən məxfilik funksiyalarının quraşdırılması tələb olunur.
Məlumatda vurğulanır ki, uşaqlar şəxsi həyat toxunulmazlığı hüququna malikdirlər.
Məlumata görə, müraciətlə 7 milyondan çox insan tanış olub.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri