Previous Next
Bağla

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi seminar təşkil edib

24-11-2023 17:38
BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi seminar təşkil edib

BMT QAK sığınacaq axtaranların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın ədalət mühakiməsi sisteminə çıxış imkanını artırmaq üçün əməkdaşlığı genişləndirir.

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası ilə birlikdə sığınacaq axtaranların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın ədalət mühakiməsi sisteminə çıxış imkanının yaxşılaşdırılmasına həsr olunmuş seminar təşkil edib.

“Sığınacaq axtaranların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın milli ədalət mühakiməsi sisteminə çıxış imkanlarının genişləndirilməsi” mövzusunda seminarın keçirilməsində məqsəd sığınacaq axtaranların və vətəndaşlığı olmayan şəxslərin qanuni hüquqlarına dair beynəlxalq rəhbər prinsipləri və tövsiyələri təbliğ etmək, habelə Qaçqın statusunun müəyyənləşdirilməsi (QSM) prosedurunun apellyasiya komponentinin keyfiyyətini müzakirə edilməsi olub.

Seminarda hakimlər, vəkillər, dövlət orqanlarının nümayəndələri, universitet professorları və BMT QAK-ın Bakı ofisinin mütəxəssisləri iştirak ediblər. İştirakçıları salamlayan BMT QAK-ın Ölkədə üzrə Nümayəndəsi Bik Lum həssas qrupların milli ədalət mühakiməsi sisteminə çıxışını təşviq etmək üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb: “Onların üzləşdiyi maneələri müəyyən etmək, bu maneələri aradan qaldırmaq, qarşılanmayan hüquqi ehtiyaclara reaksiya vermək və insan hüquqlarının pozulmasının qarşısının alınması vasitəsi kimi ədalət mühakiməsindən istifadə etmək olduqca önəmlidir”.

Seminar iştirakçıları qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı əsas mövzuları, o cümlədən, milli sığınacaq sisteminə yönləndirmə mexanizmləri, sığınacaq axtaran şəxslərlə bağlı məhkəmə sisteminin rolu, səmərəli hüquqi müdafiə vasitəsi ilə təmin edilmək hüququ, mənşə ölkəsi barədə məlumatların əhəmiyyəti və Əfqanıstanda qadın hüquqlarına xüsusi diqqət yetirilməklə sosial qrupların identikləşdirilməsi üzrə məsələləri müzakirə ediblər.

Seminarın ikinci günü vətəndaşlığı olmayan şəxslərin və vətəndaşsızlıq riski altında olan şəxslərin sənədləşdirilməsi sahəsində vətəndaşlıq və vətəndaşsızlıqla bağlı beynəlxalq hüquqi bazaya tam uyğun olan milli təcrübələrə həsr olunub. Azərbaycanda vətəndaşsızlıq riski altında olan şəxslərin sənədləşdirilməsi ilə bağlı əldə edilmiş nailiyyətlər və müsbət məhkəmə presedentləri nəzərdən keçirilib. Mövzular üzrə müzakirələr vətəndaşsızlığa son qoymağı hədəfləyən və problemin həlli üçün çoxtərəfli səylərin vacibliyini vurğulayan qlobal təşəbbüs olan #IBelong kampaniyasına töhfə vermək məqsədi ilə aparılıb.

İki gün davam edən seminar sayəsində vəkillər və hakimlər məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərlə bağlı aktual problemləri öz nöqteyi-nəzərindən təqdim etmək, problemləri təhlil etmək və milli qanunvericilik çərçivəsində onların mümkün həll yollarını təklif etmək imkanı əldə ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023
Əcnəbilər üçün rəqəmsal qeydiyyat xidməti "mygov"a inteqrasiya olunub

Əcnəbilər üçün rəqəmsal qeydiyyat xidməti "mygov"a inteqrasiya olunub

14-07-2025
Ədliyyə naziri: İnteqrasiyası təmin olunmuş vahid rəqəmsal ədalət mühakiməsi sisteminə istiqamətlənmiş addımlar atmalıyıq

Ədliyyə naziri: İnteqrasiyası təmin olunmuş vahid rəqəmsal ədalət mühakiməsi sisteminə istiqamətlənmiş addımlar atmalıyıq

03-04-2024
Azərbaycan Respublikası əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı tam rəqəmsal xidmət təqdim edir

Azərbaycan Respublikası əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı tam rəqəmsal xidmət təqdim edir

18-10-2024
“ASAN Viza” sistemində yeniliklər

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017
Daha bir nazirlikdə islahatlar başladı - Fərman

Daha bir nazirlikdə islahatlar başladı - Fərman

18-01-2019
 “E-justice” platforması yaradılır

“E-justice” platforması yaradılır

02-04-2024
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazələri elektron qaydada təqdim ediləcək

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazələri elektron qaydada təqdim ediləcək

31-01-2025
Qax sakinlərinə elektron xidmətlər barədə məlumat verilib

Qax sakinlərinə elektron xidmətlər barədə məlumat verilib

05-12-2015
Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016
Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

27-12-2022
"Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə təsdiqlənib

"Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə təsdiqlənib

30-10-2025
3 saat ərzində e-viza almaq imkanı-Yenilik

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017
“ASAN Viza” sistemində yeniliklər edilib

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017
 Açıq hökumət üzrə milli potensialın inkişafı müzakirə edilib

Açıq hökumət üzrə milli potensialın inkişafı müzakirə edilib

06-12-2017
Bu nazirliklər elektron məhkəmə sisteminə inteqrasiya olunacaq

Bu nazirliklər elektron məhkəmə sisteminə inteqrasiya olunacaq

30-09-2019
 “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilib

“Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilib

08-11-2024
Övladlığagötürmə prosesinin elektronlaşdırılmasında şəffaflıq təmin ediləcəkdir

Övladlığagötürmə prosesinin elektronlaşdırılmasında şəffaflıq təmin ediləcəkdir

25-01-2019
Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

19-12-2022
Vətəndaş müraciətlərinin elektron cavablandırılması imkanları genişləndirilib

Vətəndaş müraciətlərinin elektron cavablandırılması imkanları genişləndirilib

12-06-2026
Təqaüd üçün elektron müraciət artıq mümkündür

Təqaüd üçün elektron müraciət artıq mümkündür

08-10-2015
Daha bir ölkə ASAN Viza ala biləcək

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018
Prezident İlham Əliyev yeni fərman imzalayıb

Prezident İlham Əliyev yeni fərman imzalayıb

04-04-2019
Hansı dövlət qurumun xidməti keyfiyyətlidir?-Siyahı

Hansı dövlət qurumun xidməti keyfiyyətlidir?-Siyahı

21-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə