Vestel-dən yeni ağıllı telefon Venus

23-04-2015 / 16:36

Venus-un qızılı və titan rəngli yeni ağıllı telefonları istehsal olunub.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, 5.0 "və 5.5" olmaq üzrə fərqli ekran ölçüsü variantına sahib yeni modellərin X və V kimi iki dizayn alternativi var. X dizaynlı model kəskin, V dizaynlı model yumru xətləriylə fərqlənir.

Qızıl və titan rəngli 5.5 ekran ölçüsünə sahib Venus 13 MP arxa kamera, Gorilla Glass ekran qoruma texnologiyası, 4G, NFC və 4 nüvəli 1.2GHz dəyərində Snapdragon prosessor kimi xüsusiyyətlərə sahibdir.

Venus 5.0 "ağıllı telefonlarda isə 8MP əsas kamera, 1.2GHz 4 nüvəli Snapdragon prosessor, Gorilla Glass ekran qoruma texnologiyası kimi detallar var.

Əlavə olaraq iki telefonda da foto, video və musiqi üçün 10 GB tutumunda təhlükəsiz saxlanma sahəsi V-Cloud 2 il ərzində pulsuz təqdim edilir.

İlk dəfə Barselonada təşkil edilən dünyanın ən böyük mobil texnologiya fəaliyyəti Mobile World Congress-də nümayiş edilən Venus-un qızıl və titan rəngli modelləri 5.0 "ekran ölçüsündə 649 TL-yə, 5.5" ekran ölçüsündə isə 899 TL-yə Vestel səlahiyyətli satış nöqtələrində təqdim edilir.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə