Galaxy S7 və Galaxy S7 Edge təqdim edildi

22-02-2016 / 12:14

Məlumat verdiyimiz kimi, hazırda dünyanın diqqəti Barselonada keçirilən Mobil Dünya Konqresindədir.

MWC 2016 sərgisinin açılışından əvvəl LG kimi Samsung şirkəti də Unpacked tədbirində yeni model telefonlarını təqdim edib.

Xeberler.az-ın məlumatına görə, Barselonada keçirilən Unpacked tədbirində Samsung şirkəti Galaxy S7 və S7 Edge modellərini təqdim edib.

Samsung Galaxy S7 əvvəlki modeldə olduğu kimi 5.1 düymlü, 1440 x 2560 piksel keyfiyyətli, 576 PPI dəyərində Corning Gorilla Glass 5 texnologiyası ilə qorunan Super AMOLED ekranla təchiz olunub. S7 Edge modelinin ekran baxımından yeganə fərqi 5.5 düymlü olmasıdır.Bundan əlavə modellərin digər parametrləri ilə də yaxından tanış olaq.

Samsung Galaxy S7 və Galaxy S7 Edge

Prosessor: 8 nüvəli (2.3 GHz tezlikli 4 nüvəli Exynos 8890 və 1.6 GHz tezlikli 4 nüvəli Snapdragon 820 prosessorları)

Əməli yaddaş: 4 GB RAM

Ekran ölçüsü: 5,1 düymlü (S7 Edge-5,5 düymlü)

Kamera: 12 Mp Dual piksel OIS arxa və 5 Mp ön

Yaddaş sahəsi: 32 GB

SD kart dəstəyi: 200 GB

Batareya tutumu: 3000 MAh (S7 Edge-3600 Mah)

Əlaqə imkanları: 4.5G, Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, Hotspot və Bluetooth 4.2 dəstəyi

Digər: Sürətli və kabelsiz batareya doldurmaq imkanı, One-Touch barmaq izi sensoru, IP 68 su və toz keçirməzlik sertifikatı

Android 6.0 Marshmallow əməliyyat sistemi ilə işləyəcək Galaxy S7 və S7 Edge 11 martdan sifariş edilə biləcək.

Qeyd edilib ki, ilk sifariş edənə  Gear VR hədiyyə olunacaq.

Modellərin qiyməti ilə bağlı məlumat hələ açıqlanmayıb.

 

Ağasəf Haqverdiyev 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə